Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 07:50

Report-un xəbərinə görə, Bakı Dövlət Universitetində təhsil haqları artıb.

BDU-dan bildirilib ki, yeni tədris ilində artım cüzi olacaq. Bəzi ixtisaslarda artım təxminən 100-200 manat təşkil edir. Artımın müəyyən dövri tənzimlənmələrlə bağlı olduğu bildirilib.

BDU-dan artımın kütləvi olmayacağı, əsasən, bakalavr pilləsini əhatə edəcəyi bildiriblər. Ümumi qiymətlərə gəlincə, BDU-da təhsil haqları 1600-4800 manat arasında dəyişir.

Bundan başqa bəzi ali məktəblərdə də təhsil haqqının artdığı söylənir.

Xatırlatma

Bu il, iyunun 21-i prezident İlham Əliyev Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən bu ali məktəblər Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bundan bir qədər öncə, dövlət başçısı Azərbaycan Dillər Universitetinin də publik hüquqi şəxs statusuna malik ali məktəbə çevrilmə yolu ilə yenidən təşkil edilməsinə dair sərəncam imzalamışdı.

Azərbaycandakı tələbələrin təqribən 75 faizinin pullu təhsil aldığı bildirilir. Ölkə mətbuatında yayılan məlumatlara görə, bir çox gənclər məhz təhsil haqları üzündən daxil olduqları ali məktəbləri sonradan tərk etmək məcburiyyətində qalıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG