Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 23:14

Prezident Rusiyanın daxili işlər nazirini qəbul edib


Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev

Prezident İlham Əliyev dekabrın 6-da Azərbaycanda səfərdə olan Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.

Bu haqda ölkə başçısının mətbuat xidməti xəbər verir.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd olunub.

Buna da bax:​ Azərbaycana nə qaytarıla, Rusiya əvəzində nə istəyə bilər?

Mətbuat xidməti bildirir ki, V. Kolokoltsev iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığa göstərdiyi diqqətə görə İlham Əliyevə minnətdarlıq edib. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinə toxunan V. Kolokoltsev orada dövlət başçılarının imzaladığı Bəyannamənin əlaqələrin inkişafına əlavə stimul yaratdığını deyib.

İlham Əliyev də Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinin əhəmiyyətini yüksək qiymətləndirib. Prezident bu formatın artıq formalaşdığını və regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi işinə töhfə verdiyini deyib.

Buna da bax: Beynəlxalq Bankın Moskva filialına çirkli pul ittihamı

Bu il avqustun 8-i Rusiya, İran və Azərbaycan prezidentlərinin Bakıda üçtərəfli görüşü keçirilib. Orada prezidentlər birgə Bəyannamə imzalamışdılar.

Həmin Bəyannamədə terrorizm və narkotik qaçaqmalçılığı ilə birgə mübarizənin vacibliyi də öz əksini tapmışdı.

Vladimir Kolokoltsevi dekabrın 6-sı Azərbaycana gəlib.

XS
SM
MD
LG