Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:05

Gecə qəhvə içmək “daxili saatınızı" 40 dəqiqəlik “dondurur”


Britaniya və Amerika alimləri bu nəticəyə gəliblər ki, gecə içilən qəhvənin hər fincanı bizim bioloji saatlarımızı 40 dəqiqliyinə “dondurur”.

Britaniya və Amerika alimləri bu nəticəyə gəliblər ki, gecə içilən qəhvənin hər fincanı bizim bioloji saatlarımızı 40 dəqiqliyinə “dondurur”.

Bu həm də qəhvənin oyaq saxlamaq xüsusiyyətini sübut edir və bəzi “torağay” tipli insanların (yuxudan erkən qalxan), “bayquş” tipli (gecə gec yatan) insanlara çevrilməsinin sirrini açır.

Təcrübə nəticəsində bəlli olub ki, tərkibində bir qəhvəlik kofein olan həbləri qəbul edənlərin bioloji saatları 40 dəqiqə “geri qalıb”

Science Translational Medicine jurnalında dərc olunmuş tədqiqat hesabatında deyilir ki, bu araşdırma dünyada geniş yayılmış psixoaktiv maddə olan kofeinin insan bioritmlərinə təsirini ilk dəfə olaraq isbat edib.

Kolorado Universitetinin professoru Kenneth Wright və onun həmkarları axşam və gecə saatlarında içilən bir fincan qəhvənin insanı hansı müddətdə oyaq saxladığını hesablayıblar. Bu məqsədlə 50 gün ərzində 5 könüllünün üzərində müşahidə aparılıb.

Daxili saat da geri qala bilər

Könüllülərin yaşadıqları otaqda elektrik işığı heç vaxt söndürülmür və ya parlaqlığı azacıq alınırdı. Yuxudan üç saat əvvəl alimlər könüllülərə “vitamin” verirdilər. Həblərin tərkibində 50 qəbulun yarısında kofein olurdu.

Bundan sonrakı saatlarda bioloqlar könüllülərdən selik nümunələri götürür, yuxu hormonu olan melatoninin miqdarını ölçür, könüllülərin yuxuya getmə tezliyini və yuxu müddətini qeydə alırdılar.

Təcrübə nəticəsində bəlli olub ki, tərkibində bir qəhvəlik kofein olan həbləri qəbul edənlərin bioloji saatları 40 dəqiqə “geri qalıb”.

Bu ona görə baş verir ki, kofein hipofiz səthinin hüceyrələrində melatonin ifraz edən reseptorları bloklayır.

"Torağay"ların "bayquş"a çevrilməsi

Bu reseptorlar yuxunun başqa bir siqnalı olan adenozini qəbul edərək melatonin istehsalına başlayır. Əgər bu proses bir neçə gün ərzində bloklanarsa, insanın daxili saatı “bir daha sazlanmayacaq şəkildə” çaşır və insan artıq kofeinsiz də daha gec yuxuya gedir. Buna görə də yuxudan erkən qalxmağa adət etmiş “torağay” tipli insanların, gec yatıb gec duran “bayquş”lara çevrilməsi riski yaranır.

Hər gecə bir fincan qəhvə "torağay"ı "bayquş"a çevirə bilər
Hər gecə bir fincan qəhvə "torağay"ı "bayquş"a çevirə bilər

Maraqlıdır ki, otaqda gur parlaq işığın yandırılması kofein kimi təsirə malik olur, lakin bunların ikisi birlikdə oyaqlıq müddətini 40 dəqiqədən artıq uzada bilmir.

Professor Wright deyir ki, görünür, insanın bioloji saatının dəyişdirilməsinin oyaqlıq müddətinə təsirində, hələlik alimlərə bəlli olmayan zirvə həddi var.

Amma indilik kofeinin bu xüsusiyyətindən çox sayda insan faydalana bilər. Söhbət, məsələn, saat qurşaqlarını dəyişən və yeni həyat ritminə alışamağa çalışan insanlardan gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG