Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:08

Nə qədər yatmalıyıq? - ABŞ ailimlərinin rəyi


-

Yuxu vacibdir və çoxumuz elə bilirik ki, kifayət qədər yatmırıq.

“The Washington Post” yazır ki, indi hər kəs yuxu rejimini öyrənə biləcək.

ABŞ-da yerləşən “The National Sleep Foundation” (Milli Yuxu Fondu) açıqladığı yeni tədqiqatında müxtəlif yaş kateqoriyalarına məsləhət görülən yuxu müddətini açıqlayıb. Yeni doğulmuş körpədən ən yuxarı yaş həddinə qədər bütün yaş kateqoriyalarını əhatə edən tədqiqatı “Sleep Health” jurnalı bu həftə çap edib.

Məsləhət görülən yuxu müddəti:

- 0-3 aylıq: 14-17 saat

- 4-11 aylıq: 12-15 saat

- 1-2 yaş: 11-14 saat

- 3-5 yaş: 10-13 saat

- 6-13yaş: 9-11saat

- 14-17 yaş: 8-10 saat

- 18-25 yaş: 7-9 saat

- 26-64 yaş: 7-9 saat

- 65 və yuxarı: 7-8 saat

Müqayisə üçün deyək ki, Milli Sağlamlıq İnstitutunun tövsiyəsinə görə, yeni doğulmuşlar 16-18 saat yatmalıdırlar. Məktəbəqədər uşaqlar üçün məsləhət görülən yuxu saatı 11-12 saatdır. Yeniyetmələrə 9-10 saat, yetkin yaşda olanlara və o cümlədən, qocalara 7-8 saat yatmaq məsləhətdir.

Az, ya çox yuxunun fəsadları

“Sleep Health” jurnalının redaktoru Lauren Hale deyir ki, az, ya çox yatmaq ölüm riskini, ürək-damar xəstəliklərini, xərcəngə tutulmaq ehtimalını artırır, psixoloji duruma təsir edir.

“The National Sleep Foundation” yuxu üzrə 18 ekspert və tibb üzrə 12 müxtəlif peşəkar təşkilatın təmsilçilərindən ibarət qrup yaradıb. Təşkilatlar arasında Amerika Pediatrlar Akademiyası, Amerika Psixiatrlar Assosiasiyası da da var.

Qrup 2004-2014-cü illərdə dərc edilən, yuxu müddətinə, az, ya çox yatmağın effektliyinə aid 300-dən çox məqaləni yenidən gözdən keçirib. Qrup üzvləri 9 ay ərzində 4 dəfə görüşüb və məsləhət görülən yuxu saatlarını müəyyənləşdiriblər.

Lauren Hale deyir ki, adamlar tez-tez bu barədə soruşur və hətta Google-da bu tip suallara cavab axtarırlar: “Amma bununla bağlı ümumi bir rəy yox idi”.

Reallıqda yuxu saatı

Həqiqətən də insanlar nə qədər yatır? “Bureau of Labor Statistics”in məlumatına görə, 15 yaşdan yuxarı orta statistik amerikalı gün ərzində 9 saata qədər yatır. Ancaq 2013 Gallup sorğusuna görə, amerikalıların yuxu müddəti orta hesabla 7 saata yaxındır.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi qeyri-kafi yuxunu ictimai səhiyyə epidemiyası adlandırıb. Tədqiqat hədəfi yeniyetmələr olan Lauren Hale deyir ki, amerikalı gənclərin çoxu lazım olan qədər yatmırlar.

Valideynlərə yuxuya nəzarət imkanı

Lauren Hale-in bildirdiyinə görə, fərdi yanaşma bir az müxtəlif olsa da, tövsiyələr valideynlərə imkan yaradır ki, öz uşaqlarının yuxu müddətinə nəzarət etsinlər. Əgər adamlar tövsiyə edilən müddətdən artıq yatarlarsa, bu, depressiya kimi bəzi sağlamlıq problemlərinin siqnalıdır.

“Sleep Health” jurnalının redaktoru Lauren Hale istisnaları mümkün sayır, ancaq onu da vurğulayır ki, müntəzəm olaraq yuxu müddəti hər yaş kateqoriyası üçün məsləhət görülən saatları əhatə etməlidir.

Washington Post

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG