Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:12

Khamenei ‘plastik güllələrə’ görə üzr istəyib


Ayətüllah Ali Khamenei
Ayətüllah Ali Khamenei

İranın ali rəhbəri ayətüllah Ali Khamenei-nin nümayəndəsi ölkənin cənub-qərbindəki Xuzistan vilayətində ötən həftə təhlükəsizlik qüvvələri ilə toqquşmalarda yaralanmış bəzi adamlara baş çəkib.

Adamlar içməli suyun qıtlığına görə etiraz edirdilər.

Yarırəsmi Fars xəbər agentliyinin mayın 25-də dərc etdiyi videoda Seyed Abdolnabi Mousavifard-in ayağından ağır plastik güllə yarası almış bir gənclə görüşdüyü görünür.

Mousavifard videoda üzrxahlıq edir.

Sosial media

Bu toqquşmada ayağından ağır yaralanmış bir kişinin fotosu son günlərdə İran sosial mediasında geniş paylaşılırdı.

Bu adam mayın 23-də Qeyzaniyyə rayonunda bələdiyyə idarəsinin qarşısına toplaşanların və içməli su etiraz aksiyasının çərçivəsində yolu bağlayanların arasında olmuşdu.

Təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qazlardan və plastik güllələrdən istifadə etmişdi. Polis iddia edirdi ki, etirazçılar onlara dəyənəklər və daşla hücum ediblər.

Bu zorakılıq zamanı neçə nəfərin xəsarət aldığı bildirilmir.

Qeyzaniyyə sakinləri yolu bağlamağa çalışarkən
Qeyzaniyyə sakinləri yolu bağlamağa çalışarkən

Prezident Hassan Rohani mayın 25-də ölkənin enerji nazirinə və Xuzistan ostandarına əhalinin içməli su probleminin tez bir zamanda həll olunması təlimatı vermişdi.

Xuzistan ostandarı Gholamreza Shariati də sakinlərdən üzr istəyib və onların su probleminin iki həftəyə həll olunacağını vəd edib.

Neft var, su yox

Bu da xəbər verilir ki, 25 min əhalisi olan Qeyzaniyyədə içməli su xroniki problemə çevrilib.

İranın quru neft mədənlərinin 80 faizi əhalisinin əksəriyyətini etnik ərəblər təşkil edən Xuzistanda yerləşir.

Bu ərazidə gursulu çayların və su anbarlarının olduğu, lakin təsərrüfatsızlıq ucbatınfan əhalinin sudan korluq çəkdiyi bildirilir.

Bundan başqa Xuzistan hazırda İranın koronavirus epidemiyasına ən çox məruz qalan ostanıdır.

Burada rəsmi rəqəmlərə görə 140 minədək sakin COVID-19-a yoluxub. Onlardan 7500-ü vəfat edib.

Ötən ilin noyabrında 5 gün ərzində etirazlar İran şəhərlərini bürümüşdü. O vaxt insanlar yanacaq qiymətlərinin qəflətən və kəskin artmasına etiraz edirdilər.

Amnesty International təşkilatının məlumatına görə bu etirazlara “amansız” divan tutulması zamanı azı 304 kişi, qadın və uşaq həlak olub.

Eyni hesabatda deyilir ki, bundan başqa minlərlə insan qanunsuz həbs edilib və ya yoxa çıxıb.

Bu qanun pozuntulaırna görə ABŞ İrana ağır sanksiyalar qoyub.

XS
SM
MD
LG