Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:42

İranda etirazçıların ‘qəddarlıqla’ öldürülməsi ‘araşdırılsın’


İranda etirazlar, arxiv fotosu
İranda etirazlar, arxiv fotosu

Amnesty International hüquq-müdafiə təşkilatı BMT-ni altı ay öncə benzinin bahalanmasına etiraz aksiyalarında etirazçıların öldürülməsini araşdırmağa çağırıb.

Nümayişlər noyabrın 15-də, hökumət benzini 200 faiz bahalandırandan bir gün sonra başlamışdı. Sonradan zorakı xarakter alan etirazlar təhlükəsizlik qüvvələri tərəfindən yatırdılıb. Etirazlar gedən dönəmdə ölkəboyunca internet də kəsilmişdi.

İran etirazlarda öldürülənlərin sayını rəsmən açıqlamayıb, “ədavətli Qərb mənbələri”nin ölü sayını şişirtdiyini deyib.

Amnesty isə təhlükəsizlik qüvvələrinin 304 kişi, qadın və uşağı qətlə yetirməsinə dəlili olduğunu bildirib.

İki günə 220 nəfər

Londonda mənzillənən təşkilat onlardan 220 nəfərinin iki gün ərzində öldürüldüyünü deyir, bu rəqəmin video və fotoların təhlilinə əsaslandığını vurğulayır.

Qurum “böyük əksəriyyət”in təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü, onların gücdən “qanunsuz” istifadə etdiklərini bildirir, çünki “əhalinin əlində odlu silah olmasına, həyata birbaşa təhdid yaratmalarına dəlil olmayıb”.

Amnesty bir məqamın istisna təşkil etdiyini, bir şəhrdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında atışma baş verdiyini qeyd edir.

Qurum BMT-nin İnsan Haqları Şurasını noyabr hadisələri üzrə təhqiqata icazə verməyə çağırır.

“Üstündən altı ay keçməsinə baxmayaraq, qurbanların məhv olmuş ailələri həqiqət və ədalət uğrunda mübarizəni davam etdirirlər və bu zaman hakimiyyət tərəfindən daimi qısnama və qorxutmayla üzləşirlər”, – Amnesty-dən Philip Luther deyib.

“Təhlükəsizlik qüvvələrinin faydalandığı cəzasızlıq narazıların əzilməsində öldürücü gücdən istifadənin təkrarlanmasına yol açır”, – o vurğulayıb.

37 şəhərdə 304 nəfər öldürülüb

Amnesty öz təhlilinə əsasən bildirir ki, təhlükəsizlik qüvvələri səkkiz vilayətin 37 şəhərində etirazçıları öldürüblər. Bu, “divantutmanın necə genişmiqyaslı xarakter daşıdığını göstərir”, – təşkilat vurğulayır.

Ən böyük zərbə Tehran ətrafındakı yoxsul yaşayış məntəqələrinə dəyib, 163 nəfər öldürülüb. Sonrakı yerləri azlıqların yaşadığı Xuzestan və Kirmanşah vilayətləri tutur. Amnesty bu vilayətlərdə uyğun olaraq 57 nə 30 nəfərin öldürüldüyünü bildirir.

Amnesty 10-u qadın və 23-ü uşaq olmaqla 304 nəfərin ölümünü təsdiqləyən etibarlı informasiyaya malik olduğunu bildirir. Amma real ölü sayının daha yüksək ola biləcəyini qeyd edir.

Təşkilat əksər hallarda qurbanların İnqilab Keşikçiləri, Bəsic qüvvələri və polis tərəfindən öldürüldüyünü bildirir. Etirazçıların ya başına, ya da bədəninə odlu silahdan atəş açılıb ki, “bu da onların məhz öldürmək məqsədilə atəş açdığını göstərir”, – Amnesty vurğulayır.

XS
SM
MD
LG