Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

Kanal 13-ün kompüterləri götürüldü (Video)


Hüquq mühafizə qurumlarının əməkdaşları Kanal 13 internet televiziyasının Çingiz Mustafayev küç. 89/2 ünvandakı ofisində axtarışı başa çatdırıblar.

Bu haqda AzadlıqRadiosuna kanalın əməkdaşı Teymur Kərimov məlumat verib.

Onun bildirdiyinə görə, axtarış prokurorluğun müvafiq qərarı əsasında aparılıb.

Teymur Kərimov, Kanal 13-ün əməkdaşı
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

“Bizə qərarı təqdim etdilər. Kanal 13-ün təsisçilərindən Əziz Orucova ( Qaraşoğlu) qarşı qaldırılmış cinayət işi üzrə bu qərar çıxarılıb. Bütün texniki avadanlıqlara öncə baxış həyata keçirildi, onları qeydiyyata alıb, protokollaşdırdılar”, deyən T.Kərimov bütün kompüterlərin aparıldığını bildirib.

Bundan başqa, ofisdəki kitabların, o cümlədən Cavid Cabbarlının “Gizli həqiqətlər - Nurçuların iç üzləri” kitabının da aparıldığı bildirilir.

T.Kərimovun dediyinə görə, axtarışda 18-ci polis bölməsinin əməkdaşları, 2 hal şahidi və Baş Prokurorluğun istintaq idarəsinin əməkdaşları iştirak ediblər.

Əziz Orucovun (Qaraşoğlu) evində axtarış

Kanal 13-ün ofisində axtarış və götürmə başa çatdıqdan sonra hüquq mühafizə qurumları əməkdaşları Kanal 13-ün həbsdəki təsisçilərindən Əziz Orucovun mənzilinə yola düşüblər. Onun mənzildə axtarış aparıldığ bildirilir.

Kanal 13-ün təsisçilərindən olan Əziz Orucovun evində də axtarış aparılıb
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Buna da bax: " 30 günlük həbsi bitən jurnalistə yenidən 4 aylıq həbs kəsildi"

Xatırlatma

“Kanal 13” internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet televiziyasının təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

"Kanal 13" internet televiziyasının rəhbərlərindən Əziz Qaraşoğluna mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisə müqavimət) ittiham edilmişdi.

Ə.Qaraşoğlunun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Əziz Qaraşoğlu barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Qaraşoğlunun rəhbərlərindən olduğu Qafqaz Media Təhqiqatları İctimai Birliyi və "Kanal 13"ün fəaliyyəti ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Əziz Qaraşoğlu (Orucov) barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG