Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 03:50

30 günlük həbsi bitən jurnalistə yenidən 4 aylıq həbs kəsildi


Əziz Qaraşoğlu

Əziz Qaraşoğlu 4 aylığa həbs edildi

Bu gün, iyunun 1-i “Kanal 13” internet televiziyasının təsisçilərindən Əziz Qaraşoğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib.

Qərarı Nəsimi Rayon Məhkəməsi çıxarıb.

Buna da bax:​ 'Əliyev hökuməti KİV azadlığı izlərini məhv edir'

Vəkilinin sözlərinə görə, jurnalist vəzifə saxtakarlığı və qanunsuz sahibkarlıqda ittiham olunur.

"Jurnalist özünü təqsirsiz hesab edir. O, dedi ki, həm rəhbərlərindən olduğu Qafqaz Media Təhqiqatları İctimai Birliyi, həm də "Kanal 13" heç bir qanun pozuntusuna yol verməyib", – vəkil deyib.

Vəkil, qərardan apellyasiya şikayəti və jurnalist barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət verəcəklərini bildirib.

Jurnalistə verilən yeni ittihamlar təqsdiqlənərsə onu 8 il həbs cəzası gözləyir.

Buna da bax:​ İnternet TV rəhbərinə 30 sutka verildi - polisə müqavimət... [yenilənib]

* * *

İnzibati qaydada 1 aylıq həbs cəzası bu gün, iyunun 1-də başa çatan jurnalist Əziz Qaraşoğluna cinayət işi açılıb.

Bu haqda AzadlıqRadiosu-na onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində jurnalistin dindirilməsində iştirak edib.

Vəkilin bildirdiyinə görə, adıçəkilən idarədə Əziz Qaraşoğlu barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Buna da bax:​ Jurnalisti həbsi başa çatan gün prokurorluğa aparıblar

“Həmin cinayət işi 2014-cü ildə yerli və xarici QHT-lərə qaldırılmış cinayət işindən ayrılıb. Qafqaz Media Təhqiqatları İctimai Birliyi və “Kanal 13” internet televiziyası ilə bağlıdır”, vəkil bildirib.

Vəkilin sözlərinə görə, prokurorluq Əziz Qaraşoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat verib.

Hazırda Əziz Qaraşoğlu Nəsimi Rayon Məhkəməsindədir.

“Kanal 13” internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet televiziyasının təsisçisi Əziz Qaraşoğlunun qardaşı Anar Orucovdur. O, bir neçə ildir ki, Almaniyada yaşayır.

Buna da bax: Deputat: 'Bundan artığını gözləməyə dəyməz'

Qafqaz Media Təhqiqatları İctimai Birliyinin də rəhbəri Anar Orucovdur.

Xatırlatma

"Kanal 13" internet televiziyasının rəhbərlərindən Əziz Qaraşoğluna mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib.

Ə.Qaraşoğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham edilib. Söhbət polisə müqavimətdən gedir. Rəsmi ittihama görə, jurnalisti 2015-ci ildən axtarışda olan Faiq Cabbarov adlı şəxsə xarici görünüşü oxşar olduğundan polisə aparıblar. Həmin vaxt jurnalistin polisə müqavimət göstərdiyi iddia edilirdi.

Bu gün Ə.Qaraşoğlunun inzibati cəzası başa çatacaqdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG