Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:24

Kamçatkada Cip-lərə qarşı müharibə elan edilib


Kamçatkada bu cür Cip-lə gəzmək qadağandır...
Kamçatkada bu cür Cip-lə gəzmək qadağandır...

Kamçatka hakimiyyəti daşlı-kəsəkli yollar üçün nəzərdə tutulan bucurğad (batıb qalmış maşını çıxarmaq üçün aqreqat) və bamperlə təchiz olunan Cip avtomobillərinə qarşı müharibə elan edib. Belə maşın yiyələrindən xahiş olunub ki, avtomobillərini ilkin formasına qaytarsınlar, ya da belə maşınlarla magistral yola çıxmasınlar. Yerli hakimiyyət Cip-lərə görə yolları təmir etməyə tələsmir.

Kamçatka rəhbərliyi hesab edir ki, belə avadanlıqla təchiz edilmiş maşınlar yollar üçün təhlükəsiz deyil. Rusiyada avtomobillərin tüninq olması, yəni avadanlıqlarla öz zövqünə uyğunlaşdırılması, standartdan çıxma bir ildir ki, qadağandır. Ancaq belə tüninq olunmuş avtomobillərin yollardan kənarda sürülməsi indiyə kimi polisin diqqətində olmayıb, çünki Kamçatkada belə maşınlar çoxdur. İndi isə «bütün kağızlar evlərə göndəriləndən» sonra polis qərar alıb ki, artıq belə avtomobilləri saxlayıb şəklini çəkib ölçü götürülməsi üçün işi yerli polisə göndərmək lazımdır.

«Sürücülərə protokol tərtib olunur və raport verilir. Bu raport mənə göndərilir. Sürücü qarşısında tələb qoyulur ki, onun belə nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur və təxirə salmadan onu müvafiq şəklə qaytarsın», - Rusiya Daxili İşlər Nazirliyinin Kamçatka vilayəti üzrə rəsmisi Asov Rostislav izah edir.

«Maşın dolanışıq vasitəmdir»

Artem Kononenko yeni qanunun tələbləri ilə üzləşən sürücülərdən biridir. O, avtomobilini hələ ötən əsrin 90-cı illərində alıb. O, biznesmendir, turistləri daşıyır.

Artem Kononenko-nun sözlərinə görə, o, maşındakı texniki dəyişiklikləri aidiyyatlı dövlət qurumunun özündə aparıb, bir neçə də texniki baxışdan keçib. Və birdən ona məlumat verirlər ki, avtomobildən bütün əlavələri çıxarmaq və onu zavodda istehsal olunmuş ilkin formasına qaytarmaq lazımdır. Başqa çür maşını sürə bilməyəcək.

Artem Kononenko deyir ki, bu, ona baha başa gəlir: «Mənim üçün bu, əlavə xərcdir. Maşını standart görkəminə qaytarmaq üçün bamper almaq, təkərləri dəyişmək, digər şeyləri əvvəlki görkəminə qaytarmaq üçün ona 100 min lazımdır. Məndə bu qədər pul yoxdur. Maşın, mənim yeganə dolanışıq vasitəmdir», o deyir.

İndi avtomobildə aparılan hər bir dəyişiklik üçün sertifikat tələb olunur. İlkin görkəminə qaytarılması mümkün olmayan maşınları polis qeydiyyatdan çıxarır, nömrəni alır.

«Sertifikat pul qazanmaq üçün vasitədir»

Belə avtomobillərdən birinin sahibi Aleksandr Zenin deyir ki, o, bir neçə dəfə rəsmi avtomobil yürüşlərində iştirak edib. Onun sözlərinə görə, bütün əlavə detallar maşına qaynaq edilib və onları çıxarmaq mümkün deyil. Aleksandr Zenin əmindir ki, hökumət yeni qaydaları sürücülərdən qazanmaq üçün qoyub.

O deyir ki, bu, artıq bəhanədir: «Camaatdan pul çıxarmaq üçün sertifikat məsələsini ortaya atıblar. Bir sertifikat 10 mindir, belə maşın isə çoxdur», Aleksandr Zenin AzadlıqRadiosu-na deyir.

Bucurğad, qanunsuz böyük təkərlər və bamperlərlə dəyişdirilmiş maşınlar Kamçatka yollarında həqiqətən də minlərlədir. Maşın mexanikləri deyirlər ki, bu avtomobilləri ilkin görkəminə qaytarmaq həm baha, həm də məntiqsizdir.

«Bizim Kamçatkanın hava şəraiti şərtlərinə görə biz hər payız maşınla demək olar ki, üzürük», avtomobil mexaniki Pavel Qrishuk deyir. Onun sözlərinə görə, Kamçatka yollarında yüngül maşınlarda motor zərbə alır.

Sürücülər bir araya gəlin istəyirlər ki, hakimiyyət onların vəziyyətinə güzəşt etsin, onların dəyişdirilmiş maşınlarına sertifikat verilsin. Ancaq məmurlar avtomexanik deyillər və sürücüləri anlayacaqları şübhəli görünür. Artıq reqlament qəbul edilib və hakimiyyətin öz qərarından geri çəkilməsi inandırıcı görünmür.

XS
SM
MD
LG