Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

Rusiyalı atletlər Yay Olimpiya oyunlarına buraxılmadı


Rusiya atleti Maria Komissarova (arxiv fotosu)

Beynəlxalq Olimpiya Komitəsi Beynəlxalq Atletlər Federasiyaları Assosiasiyasının Rusiya atletlərinin Yay Olimpiya Oyunlarına buraxılmaması ilə bağlı qərarını dəstəkləyib.

Rusiyalı atletlər sistematik dopinq qəbul etmək ittihamı ilə üzləşiblər.

Beynəlxalq Olimpiya Komitəsi iyunun 18-də yaydığı məlumatda bildirir ki, onlar Beynəlxalq Atletlər Federasiyaları Assosiasiyasının sözügedən qərarını nəzərdən keçiriblər və bu qərarı dəstəkləyiblər.

Yay Olimpiya Oyunları avqust ayında Braziliyada keçiriləcək.

Rusiya rəsmiləri dopinq iddialarını rədd edirlər. Onlar ümid edirdilər ki, Beynəlxalq Olimpiya Komitəsi rusiyalı yüngül atletlərin yarışa qatılmasına imkan yaradacaq.

XS
SM
MD
LG