Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:35

Kadyrov körpüsünə etiraz banneri asıldı


Sankt-Peterburqda körpüdə asılmış «Nə qədər bacarırsız, o qədər rus öldürün» sözləri yazılmış banner
Sankt-Peterburqda körpüdə asılmış «Nə qədər bacarırsız, o qədər rus öldürün» sözləri yazılmış banner

Peterburqda Çeçenistanın keçmiş prezidenti Ahmet Kadyrovun adı verilən körpüdə onun «Nə qədər bacarırsız, o qədər rus öldürün» sözləri yazılmış banner asılıb.

Bir neçə gün qabaq Sankt-Peterburq qubernatoru Georgi Poltavcenko körpüyə Kadyrovun adının verilməsi ilə bağlı sərəncam imzalamışdı.

Peterburq prokurorluğu bannerlə bağlı araşdırmaya başlayıb. Prokurorluq hesab edir ki, bu aksiya milli münasibətləri qızışdırmağa xidmət edir.

Şəhər sakinləri isə bu sərəncamla razı deyil. Sərəncamın əleyhinə olan petisiyanı 90 mindən çox adam imzalayıb.

İyunun 18-də şəhər administrasiyasının qarşısında buna etiraz aksiyası keçirilib.

XS
SM
MD
LG