Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 11:30

Prezident bayram namazı qılarkən ətrafa 3 raket düşdü


Əfqanıstan-Kabil.Bayram namazı vaxtı Kabil raket atəşinə tutulur
Əfqanıstan-Kabil.Bayram namazı vaxtı Kabil raket atəşinə tutulur

Əfqanıstan prezidenti Ashraf Ghani “Qurban bayramı” günü-iyulun 20-də bayram namazı qılarkən ərazi raket atəşinə tutulub.

Reütersin məlumatına görə, prezident sarayının ətrafına azı 3 raket düşüb.

Bayram namazı vaxtı Kabil raket atəşinə tutuldu
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Ashraf Ghani və digər dövlət məmurları həmin vaxt “Həcc” ziyarətinin bitməsi münasibətilə küçədə bayram namaz qılırmışlar.

Qeyd edək ki, müsəlman dünyası iyulun 20-də “Qurban” bayramını qeyd edirlər.

Amma insidentə baxmayaraq ibadət davam etdirilib.

Hələlik bu hücumun kimlər tərəfindən törədildiyi və

xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri mayın 1-dən Əfqanıstanı tərk etməyə başladıqdan sonra Taliban hərəkatının yaraqlıları ölkə ərazisinin 1/3-ni ələ keçiriblər.

Hökumət qoşunları ilə talibançılar arasında vaxtaşırı silahlı toqquşmalar gedir.

Reüters yazır ki, əvvəlki illərdən fərqli olaraq Taliban bu il “Qurban bayramı” vaxtı atəşkəs elan etməyib.

Bu günlərdəjökumət nümayəndələri ilə Taliban arasında aparılmış danışıqlar heç bir nəticə verməyib, amma tərəflər görüşdən sonra dialoqu davam etdirmək razılığına gəldiklərini bildirmişdilər.

XS
SM
MD
LG