Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:38

Qırğızıstan Əfqanıstandan qaçan qırğızlar üçün kömək istəyir


Pamir qırğızları (Arxiv fotosu)
Pamir qırğızları (Arxiv fotosu)

Qırığızıstannın Xarici İşlər Nazirliyi qonşu Tacikistanın hökumətinə müraciət edərək Əfqanıstandan qaçan etnik qırğızlara iki ölkənin sərhədinədək keçid verməyi xahiş edib.

Əfqanıstanda hazırda Talibanla hökumət qoşunları arasında qızğın döyüşlər Mərkəzi Asiyadakı keçmiş sovet respublikalarının sərhədləri boyunca gedir.

Nazirlik eyni gündə, iyulun 15-də habelə BMT-yə çağırış edərək Tacikistan ərazisinə daxil olmuş qaçqın etnik qırğızların Qırğızıstana gətirilməsində kömək istəyib.

Onların çoxu iyulun 13-14-də sərhədi malqarası ilə birlikdə keçib.

Əsgərlər də qaçır

Qırğızıstan XİN-in məlumatına görə Əfqanıstanın Bədəxşan regionundakı Vaxon vilayətinin Andemin kəndindən olan 91 kişi, 77 qadın və 177 uşaq hazırda Tacikistandadır və Qırğızıstana gəlmək üçün kömək gözləyir.

Nazirlik bunu da bildirir ki, iki qaçqın uşaq yolda naməlum səbəblərdən ölüb.

Yarımköçəri qırğızlar Pamir dağlarının Əfqanıstan ətəklərində 16-cı əsrdən yaşayırlar.

Əfqanıstanda ümumilikdə 1000 nəfərdən bir az artıq qırğızın yaşadığı təxmin edilir.

Son günlərdə nəinki yüzlərlə adi sakinlər, hətta Əfqanıstan ordusunun əsgərləri və polis Talibanın hücumlarından qaçaraq Mərkəzi Asiya respublikalarına sığınıb.

Ölkənin üçdə biri

ABŞ prezidenti Co Bayden deyib ki, Amerika qoşunlarının Əfqanıstandan çıxarılması sentyabrın əvvəllərinədək başa çatacaq.

Qərb koalisyasının qüvvələri Əfqanıstanı tərk etdikcə islaçmçı Taliban qruplaşmasının hücumları intensivləşib.

Onlar qısa müddətdə ölkənin böyük ərazilərinə nəzarəti ələ alıblar.

Hazırda ölkə ərazisinin üçdə biri və ya 421 rayon Talibanın nəzarətindədir.

Bu ayın əvvələrində ABŞ qüvvələri Əfqanıstdakı ən böyük hərbi hava bazasını – Baqram aeroportunu hökumətə təhvil veriblər.

ABŞ qüvvələrinin Əfqanıstandan tələsik çıxması və Talibanın sürətli irəliləyişi Kabul hökumətinin çökə biləcəyindən narahatlıq yaradıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG