Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 02:36

ABŞ yeni səfirini axır ki, Moskvaya yollayır


Jon Huntsman

Bir neçə ay yubanmadan sonra iyulun 18-də ABŞ prezidenti Donald Trump-ın administrasiyası Rusiyaya təyin etdiyi səfirinin adını qəti şəkildə açıqlayıb.

ABŞ-ın Yuta ştatının keçmiş qubernatoru, respublikaçı Jon Huntsman-ın Moskvaya səfir təyin olunması hələ mart ayından bəlli idi, amma Ağ Ev onun namizədliyinin təsdiqlənməsi üçün Senata müraciəti yubadırdı, Kremldən təsdiq gözləyirdi. “The Washington Post” yazır ki, Huntsman-ın və Rusiyanın da Vaşinqtona yolladığı yeni səfir Anatoliya Antonova-nın da namizədliyi eyni vaxtda – iyulun 17-də iki ölkə arasında qarşılıqlı şəkildə təsdiqlənib.

J.Huntsman G.Bush-un dövründə Sinqapurda, B.Obama-nın vaxtında isə Çində səfir olub, 2012-ci ildə respublikaçıların prezidentliyə namizədi olmağa çalışıb.

J.Huntsman çin dilində də danışır, onun yeddi uşağından biri Çində övladlığa götürdüyü qızdır. Huntsman ailəsi böyük bir kimyəvi şirkət sahibidir, Rusiyada kommersiya maraqları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG