Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

İran rəsmisi Vaşinqtonu Tehran rejimini devirməyə cəhddə günahlandırır


Javad Zarif
Javad Zarif

İranın xarici işlər naziri Javad Zarif bildirib ki, bu yaxınlarda ABŞ-da yaradılan “hərəkət qrupu” İran rəhbərliyini devirməyə çalışır, amma bu baş tutmayacaq.

Bu barədə AzadlıqRadiosu avqustun 19-da Zarifin “Tvitter” hesabına istinadla məlumat verib.

Zarif yazıb ki, ABŞ rəhbərliyi 65 il əvvəl “Xalq tərəfindən demokratik yolla seçilmiş hökuməti devirdi, indi də eyni şeyi etmək istəyir.

Qeyd edək ki, İran şahı Məhəmməd Rza Pəhləvi 1953-cü ildə çevirilişlə hakimiyyətə gəldi, amma 1979-cu il İran İslam İnqilabı ilə yenidən devrildi.

ABŞ Dövlət katibi Mike Pompeo ötən cümə axşamı deyib ki, ABŞ "İran hərəkat qrupu" yaradıb və bu qrup ABŞ-ın İrana münasibətdə siyasətini koordinasiya edəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bu ilin mayında ölkəsinin İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdığını və ona qarşı sanksiyaları bərpa etdiyini bəyan elədi.

Buna da bax:"Javad Zarif:“ABŞ rəsmiləri ilə heç bir görüş planlaşdırılmır".

Vaşinqton bu bəyanatın ardınca-avqustun 7-də İrana qarşı bir sıra sanksiyaları bərpa edib. Noyabrın 4-də isə sanksiyaların ikinci mərhələsini tədbiq etməyi nəzərdən keçirir.

ABŞ-ın bu addımı İran iqtisadiyyatına cidi zərbə vurub, ölkənin milli valyutası real dollara nisbətdə dəyərinin demək olar ki, yarısını itirib.

Bu, son aylar ölkədə kütləvi etirazlara da səbəb olub.

Amma İranla həmin nüvə sazişinə imza atan digər ölkələr-Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin sazişə əməl edəcəklərini bəyan ediblər.

Avropa Birliyi öz şirkətlərini ABŞ-ın sanksiyalarından qorumaq üçün artıq yeni qanun da qəbul edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG