Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:34

ABŞ İran üzrə xüsusi nümayəndə təyin edir


Brian Hook
Brian Hook

ABŞ dövlət katibi Mike Pompeo İran üzrə yeni xüsusi nümayəndənin təyin olunduğunu bəyan edib. Onun sözlərinə görə xüsusi nümayəndə ABŞ-ın İrana münasibətdə siyasətini koordinasiya edəcək. ABŞ 2015-ci ilin nüvə sazişindən çıxdıqdan sonra Vaşinqton Tehran üzərinə təzyiqlərini artırıb.

Avqustun 16-da keçirdiyi brifinqdə Pompeo deyib ki, hazırda Dövlət Departamentinin siyasət planlaşdırması idarəsinin direktoru vəzifəsini tutan Brian Hook yeni yaradılan İran Hərəkət Qrupuna (Iran Action Group - IAG) rəhbərlik edəcək.

Pompeo deyib ki, Vaşinqtonun məqsədi İran rejiminin davranışını dəyişməkdir və IAG Dövlət Departamenti ilə nazirliklər arasında İran siyasətini koordinasiya edəcək.

O əlavə edib ki, habelə yeni qurum İran təhlükəsi məsələsində ABŞ-ın narahatlığını bölüşən ölkələrlə əlaqədə işləyəcək.

İndiyədək Dövlət Departamentində bir sıra vəzifələrdə işləmiş Hook ABŞ prezidenti Donald Trump-ın İran prezidenti Hassan Rohani ilə görüşə biləcəyinə dair iyulun 30-da verdiyi bəyanata aydınlıq gətirib.

O deyib ki, ölkənin davranışını dəyişmək “yükü” İran rejiminin üzərinə düşür və dialoq yalnız bundan sonra mümkün ola bilər.

Hook xatırladıb ki, ABŞ rəsmiləri İran qarşısına nüvə proqramı və terrorizmə dəstək də daxil 12 tələb qoyublar.

Hook bunu da vurğulayıb ki, İranda prezident Rohaninin islahatyönlüləri ilə ayətüllah Ali Khamenei-nin mühafizəkarları arasındakı fikir ixtilaflarının çözülməsi də rejimin daxili işidir.

ABŞ administrasiyası İranın üzərinə təzyiqləri artırsa da, bildirir ki, onun məqsədi rejim dəyişikliyi yox, davranışın dəyişməsidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG