Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Trump:Jurnalistin qətli bəlli olsa Səudiyyə Ərəbistanını ağır cəza gözləyir


Donald Trump. ABŞ prezidenti
Donald Trump. ABŞ prezidenti

“Əgər yoxa çıxan journalist Jamal Khashogginin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyü aydınlaşsa, onda bu ölkəni ağır cəza gözləyir”.

AzadlıqRadiosu Rusiya xidmətinin oktyabrın 8-də verdiyi məlumata görə,bunu ABŞ prezidenti Donald Trump, CBS televiziya kanalına müsahibəsində deyib.

Amma Trump qeyd edib ki, Ər Riyadla müdafiə sahəsində imzalanmış müqavilələri pozmaq istəməzdi və onları cəzalandırmaq üçün digər vasitələr var.

Qeyd edək ki, journalist Jamal Khashoggi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra yoxa çıxıb.

O, səfirliyə sənəd almaq üçün gedibmiş.Nişanlısı isə onu bayırda gözləyirmiş.

Türkiyə hakimiyyəti hesab edir ki, jurnalisti konsulluğun binasında öldürüblər.

Səudiyyə Ərəbistanı ittihamı rədd edir.

Jamal Khashoggi
Jamal Khashoggi

Buna da bax:Britaniya jurnalistə görə Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi bundan əvvəl “Magnitsky aktı” çərçivəsində Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini tələb edib.

Prezident Donald Trump-ın bu barədə qərar verməsi üçün 120 günü var.

ABŞ prezidenti kralın əsas varisi sayılan Muhammed bin Salmanla əlaqə saxlayacağını vəd edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG