Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:11

Britaniya Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər


Jamal Khashoggi-ə azadlıq tələbi ilə aksiya
Jamal Khashoggi-ə azadlıq tələbi ilə aksiya

Böyük Britaniya jurnalist Jamal Khashoggi-nin yoxa çıxmasına görə Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər.

Bu barədə İngiltərənin “İndependent” qəzeti öz mənbələrinə istinadla xəbər verir.

Jurnalistlərin sözlərinə görə, Böyük Britaniyanın xarici işlər nazirliyi hazırda siyahı üzərində işləyir.

Bu siyahıya düşənlər,”Magnitsky düzəlişi” çərçivəsində sanksiyalara düşə bilərlər.

Khashoggi Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fəqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.

O,“Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi.

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra yoxa çıxıb.

İstanbuldakı Səudiyyə konsulluğu jurnalistin qətlində şübhəli bilinir
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

O, səfirliyə sənəd almaq üçün gedibmiş.Nişanlısı isə onu bayırda gözləyirmiş.

Türkiyə hakimiyyəti hesab edir ki, jurnalisti konsulluğun binasında öldürüblər.

Səudiyyə Ərəbistanı ittihamı rədd edir.

Buna da bax: Səudiyyəli jurnalistə görə ‘sanksiyalar qoyula bilər

ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi də bundan əvvəl “Magnitsky aktı” çərçivəsində Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini tələb edib.

Prezident Donald Trump-ın bu barədə qərar verməsi üçün 120 günü var.

ABŞ prezidenti kralın əsas varisi sayılan Muhammed bin Salmanla əlaqə saxlayacağını vəd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG