Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:39

Manatın ucuzlaşmasını istəyənlər- media icmalı 


Manat və dollar
Manat və dollar

Dövlət başçısı ilə Sumqayıtda görüş, ictimai nəqliyyatda sığorta, güclü manataın ixraca mane olması haqqında fikirlər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

İctimai nəqliyyatda sığorta

“Bizimyol.info” saytı-nda “Sığorta şirkətləri avtobusları sığortalamaqda maraqlı deyillər”-ekspertdən ağır ittiham”” sərlövhəli yazı oxumaq olar.

Müəllif sərnişin avtobulsarının sığortalanması məsələsini ekspert İlkin Ibrahimov-la müzakirə edib.

Yazıda xatırladılır ki, fevralın 21-də Sumqayıt şəhərində 30 nömrəli xətt üzrə marşrut avtobusu binaya çırpılıb, nəticədə 31 nəfər xəsarət alıb.

Müəllif qeyd edib ki, bu hadisə ictimai nəqliyyatda sığorta məsələsini gündəmə gətirib.

Daewoo avtobusları Bakıda, 12 noyabr 2007
Daewoo avtobusları Bakıda, 12 noyabr 2007

Sığorta eksperti İlkin İbrahimov “bizimyol.info-ya bunları bildirib:

“Belə məqamlarda həm də sərnişinlərin fərdi qəza sığortası məsələsi gündəmə gətirilməlidir. Təəssüf olsun ki, şəhərdaxili ictimai nəqliyyat vasitələrinin sərnişinləri sığortanın ödəniş dairəsinə düşmür. Eləcə də, qanunda metro sərnişinlərinə dəyən zərərə görə zərnişinlərə kompensasiyanın ödəninilməsi nəzərdə tutulmur. Sərnişinlərin icbari fərdi qəza sığortasının tətbiq dairəsinə şəhərdaxili nəqliyyat vasitələrinin də əlavə edilməsi lazımdır”.

Ekspert deyib ki, Azərbaycanda sığorta şirkətləri də avtobusları sığortalamağa maraq göstərmirlər:

“Bunun səbəbi qəzaların çox olmasıdır. Lakin bu o demək deyil ki, sığorta şirkətləri həmin avtomobilləri sığortalamayacaq, məsələ qanunla tənzimlənir”.

İ.İbrahimov onu da deyib ki, “İcbari sığortalar haqqında” qanun-a əsasən ölkə ərazisindəki bütün nəqliyyat vasitələri icbari sığorta müqaviləsini məcburi şəkildə bağlamalıdır:

“Əgər bağlamırlarsa həmin nəqliyyat vasitələrini Dövlət Yol Polisinin (DYP) yollardakı radarları müəyyən edir ”

Manatın ucuzlaşmasını istəyənlər

“Marja.az” saytı-nda “Manatın ucuzlşamasını istəyirik” sərlövhəli yazı yer alır.

Müəllif yazıb ki, Azərbaycanın ixrac ilə məşğul olan istehsalçıları manatın ucuzlaşmasının tərəfdarıdırlar:

“Onlar hesab edirlər ki, dolların bir qədər bahalaşması qeyri-neft sektoru ixaracının artmasına dəstək olar”.

Yazıda qeyd edilməsinə görə, sahibkarlar bu barədə danışırlar, amma adlarının mətbuatda çəkilməsini istəmirlər.

Valyutadəyişmə məntəqəsi, "BTB bank". Bakı, 12 sentyabr 2017
Valyutadəyişmə məntəqəsi, "BTB bank". Bakı, 12 sentyabr 2017

Müəllifin vurğulamasına görə, şərab ixracatçıları bildirirlər ki, son devalvasiyalar ixraca dəstək olub, amma 2017-ci ildən başlayaraq dolların 1.70 manat səviyyəsində sabit qalması, rəqib ölkələrin milli valyutalarının isə “üzməsi” Azərbaycan məhsulunu bazarda bahalı məhsula çevirib:

“2016-cı ildən əvvəl dollar bizdə ucuz idi və bu səbəbdən Azərbaycan məhsullarının xarici bazarlarda qiymətləri baha olurdu. Dolların bahalaşması ixracın artmasına müsbət təsir etdi. Dolların manat qarşısında bir qədər də bahalaşması ixracımızın artmasına kömək ola bilər. Güclü yerli valyuta ixracatçılar üçün sərfəli deyil”.

Müəllifin qeyd etməsinə görə, iri mebel istehsalçıları da “marja”ya bildirib ki, manatın sabit qalması, qonşu ölkələrin milli valyutalarının isə ucuzlaşması həm xarici mebellərin Azərbaycan bazarına ucuz daxil olmasına səbəb olur, həm də ixracı sərfəsiz edir.

Yazıda daha sonra Azərbaycan Mərkəzi Bankının 2019-cu ildə və ortamüddətli dövrdə (3 il) dollar/manat məzənnəsinin sabit qalacağı haqqında proqnozu diqqətə çatdırılır.

Yazıda o da qeyd edilir ki, xarici sərgilərdə iştiraka, ixrac təşviqinə, ticarət evlərinin açılmasına baxmayaraq qeyri-neft məhsullarının ixracı kəskin şəkildə artmır. Əksinə, müəllifin bildirməsinə görə, qeyri-neft məhsulları ixracının artım sürəti 2 dəfə aşağı düşüb.

“ Xəzərin sahilində...”

Sumqayıt şəhəri, 22 mart 2013
Sumqayıt şəhəri, 22 mart 2013

“Azərbaycan” qəzeti-ndə isə “Xəzərin sahilində gözəlləşən şəhər” sərlövhəli yazı dərc edilib.
Yazıda bu günlərdə Sumqayıt bulvarında şəhər sakinlərilə dövlət başçısı İlham Əliyev arasında gerçəkləşən görüş dəyərləndirilir.

Müəllif yazıb ki, bu görüş dövlət başçısı ilə rastlaşan və görüşən insanlarda dərin iz buraxıb:

“Sumqayıtlılarla bu görüş həm də prezident İlham Əliyevin yürütdüyü davamlı sosial siyasətin vətəndaşlara səmimi münasibətinin, onların qayğıları ilə daim maraqlanmasının, problemlərinin həllinə çalışmasının əyani görüntüsü idi”.

Yazıda qeyd edilir ki, Sumqayıt sakinlərilə bu görüş dövlət başçısının

fevralın 18-də SOCAR Polimerin yüksək sıxlıqlı Politilen zavodunun açılışından sonra baş tutub.

Müəllif vurğulayıb ki, bir tərəfdən şəhər ölkənin ümumi iqtisadi tərəqqisində rolunu artırır, digər tərəfdən isə yeniləşən simasını özündə əks etdirir.

Yazıda daha sonra həmin gün dövlət başçısı ilə görüşən, əl tutan cavan, qoca şəxslərin münasibətini təqdim edir. Müəllifin bildirməsinə görə, görüş iştirakçılarından 85 yaşlı Əvəz Mahmud Lələdağ bunları deyib:

“Bu gün Azərbaycan xalqı çox xoşbəxtdir. Bunun səbəbi sabitlikdə, insanların bir-birinə hörmətində, xalqın ümüdini doğruldan kadrların yerində olmasındadır. Bu xoşbəxtliyin ən başlıca səbəbi isə Azərbaycana Heydər Əliyev məktəbini uğurla keçən İlham Əliyevin rəhbərlik etməsidir. İnsanlara göstərilən qayğının yüksək nəticəsidir ki, bu gün ölkəmizdə yoxsulluq aşağı səviyyədədir...”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG