Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:37

Manatın qiyamət günü [video]


3-cü devalvasiya təhlükəsi qalırmı?
Gözlə

No media source currently available

0:00 0:15:17 0:00

3-cü devalvasiya təhlükəsi qalırmı? [video]

İki il öncə, 2015-ci il dekabrın 21-də Azərbaycan manatı ikinci dəfə devalvasiya etdi və dollar qarşısında bir gündə 50 %-ə qədər ucuzlaşdı.

1 ABŞ dolları 1 manatdan 1 manat 50 qəpiyə qədər bahalaşdı. Marketlərdə qiymətlər artdı, iş yerləri bağlandı, ondan çox bank işini dayandırdı, dollarla krediti olanlar manatla iki dəfə daha çox kredit ödəməli oldu. Son 3 ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyat 15 milyarddan 5 milyarda qədər azaldı. Hazırda 1 dollar 1.70 AZN-dir. Devalvasiyanın ən ağır zərbəni dollarla kredit götürən vətəndaşlara vurduğu deyilir.

Buna da bax: Manat sərbəst buraxıldı/ 1 dollar 1.55 manat oldu

Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov deyir ki, hazırda o məhkəmədə kreditlə bağlı 40 vətəndaşı müdafiə edir. Onun hüquqi məsələləri ilə yüzlərlə vətəndaş da özü məhkəməyə müraciət edib:

Əkrəm Həsənov
Əkrəm Həsənov

“Bu məhkəmələr birmənalı şəkildə bankların xeyrinə qərar çıxarır. Ancaq bir çox hallarda vətəndaşa yazılan cərimələr ya tam, ya da böyük bir hissəsi silinir”.

Əkrəm Həsənov bildirir ki, kredit borcunu ödəmədiyi üçün həbslə bağlı 3 iş Avropa məhkəməsinə göndərilib. Artıq kommunikasiya başlayıb. Azərbaycan hökuməti yanvarın 18-dək Avropa Məhkəməsinin sorğusuna cavab verməlidir.

Buna da bax: V.Əhmədov: 'Devalvasiyalar təsirini indi də göstərir'

Millət vəkili Vahid Əhmədov düşünür ki, devalvasiyasının bəzi təsirləri hələ də qalsa da, ümumilikdə vəziyyət düzəlir:

“Çünki dünya bazarında neftin qiymətinin yüksək olması, ixracın idxal üstələməsi, ticarət balansında 5 milyarda dollar yaxın müsbət saldonun yaradılması, eləcə də Mərkəzi Bankın pul kütləsinə və manatın məzənnəsinə nəzarət edildiyi üçün ciddi problem görmürəm. Proses belə davam edərsə, 2018-ci ildə də manatın məzənnəsini sabit saxlamaq mümkün olacaq”.

Buna da bax: Manatın devalvasiyası 'Azərbaycan paltaryuyanı' ilə bağlı idimi?

Amma iqtisadçı ekspert Qubad İbadoğlu öz “Facebook” hesabında paylaşdığı statusda yazır ki, növbəti devalvasiya qaçılmazdır:

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

“Dünya bazarında neftin qiymətinin cüzi bahalaşmasının son səbəbi Britaniyanın 40-cı kəmərinin təmirə bağlanması ilə əlaqədardır. Azərbaycan manatına birbaşa təsir daha çox neftin dünya qiymətləri ilə əlaqəlidir. Dolayı və psixoloji təsirlərə gəlincə, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyədə və Rusiyada dolların ucuzlaşması manatın da məzənnəsini gərginlik altında saxlayır. Nəzərə alsaq ki, dekabrın 13-də ABŞ-ın Maliyyə Nazirliyi uçot dərəcəsini 0,25 % - 1,25 % səviyyəsindən 1,50 %-dək artırdı. Bu da digər valyutaların məzənnəsinə təsirsiz ötüşməyəcək”.

Buna da bax: Elman Rüstəmovun sevimli sözü: «Olmayacaq!

Qubad İbadoğlu bütün bu dediklərini ümumiləşdirərək qeyd edir ki, gələn il dünya bazarlarında ABŞ dollarının mövqeyinin möhkəm olacağını əsas yaradır.

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, Manatın dəyərdən düşməsi ailə büdcənizə necə təsir elədi?:

Manatın dəyərdən düşməsi ailə büdcənizə necə təsir elədi?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

İki il öncəki devalvasiyadan sonra Mərkəzi Bank manatın üzən məzənnəyə keçdiyini açıqlamışdı. Hökumət böhrandan çıxmaq, valyuta axının qarşısını olmaq, ölkəyə gələn dolları saxlamaqdan ötrü ixracdan asılılığı azaltmağı qarşıya əsas məqsəd qoyduğunu açıqlayıb. Bu məqsədlərə çata bilmək üçün strateji yol xəritəsi hazırlanıb. Amma tənqidçi ekspertlər hələ də bazara müdaxilələr olduğunu, manatın inzibati yollarla sabit saxlanıldığını bildirirlər. Bu da manatın daimi sabitliyini daim risk altına alır.

Buna da bax:

Devalvasiyadan prezident ailəsinə yaxın bankların qazancı - [ARAŞDIRMA]
Gözlə

No media source currently available

0:00 0:10:31 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG