Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:54

Hökumət büdcəni bahalaşma hesabına doldurur?


Yeni bahalaşma dalğası – yanvardan nələrin qiyməti qalxır?
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Yeni bahalaşma dalğası – yanvardan nələrin qiyməti qalxır?

2019-cu ildən bir sıra avtomobillərin ölkəyə idxalı zamanı aksiz vergisi hər kubsantimetrə görə 30 manat artırılacaq. Alıcı Əli Dadaşov avtomobillərə yeni aksiz vergisi qüvvəyə minməmiş maşın bazarına yollanıb. Amma satıcılar daha cəld tərpənib, çoxu maşını bazara çıxarmayıb ki, yeni qiymətlərlə sata bilsinlər. Əli Dadaşovun hesablamasına görə indi maşın ala bilməsə, qanun qüvvəyə minəndən sonra 4-5 min manat daha çox xərci çıxacaq:

“Hamı tələsir ki, əlindəki pulla, borc-xərclə bir təhər qiymətlər bahalaşmamış bir maşın ala bilsin. Ümumiyyətlə, mən düşünürəm ki, hökumət aksiz vergilərini artırmaqla ya ölkəyə gələn avtomobillərin qarşısını almaq, yerli istehsalı artırmaq istəyir, ya da dövlət büdcəsini doldurmağa çalışır”.

İqtisadçı Qubad İbadoğlu da razılaşır ki, aksiz vergilərini qaldırmaqda əsas məqsəd dövlət büdcəsinin doldurdurmaqdır. Onun proqnozlarına görə, 2019-cu ildə təkcə avtomibillər deyil, qızıl-zinət əşyaları, içkilər, tütün məmulatları da bahalaşacaq. Çünki bu məhsulların da aksiz vergiləri artırılıb:

“Aksizlərinin artırılması, xərclərin artması deməkdir, son nəticədə də qiymətlərin artması deməkdir. Yəni, 2019-cu ildən biz piştaxtlarda yeni qiymətlər görəcəyik. Yeni qiymətlər də əhalinin xərclərinin artması ilə nəticələnəcək. Belə götürəndə bir bazardakı qiymət artımı, digər bazarda da qiymət artımını da şərtləndirəcək. Hökumət niyə aksizləri artırır, çünki bu dövlət büdcəsi üçün əlavə vəsait mənbəyi deməkdir”.

2019-cu ilin dövlət büdcəsində aksiz vergilərdən büdcəyə 210 milyon manat əlavə vəsait daxil olması proqozlaşdırılır.

Yenə bahalaşma

Gələn ildən təkcə aksiz vergiləri artırılmır, bəzi məhsullara ilk dəfə olaraq, aksiz vergilərinin tətbiqinə başlanacaq. Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva dekabrın 3-də keçirdiyi mətbuat konfransında yeni aksiz vergisi tətbiq olunan məhsullar haqda məlumat verib:

“İki növ məhsul ilk dəfə olaraq aksizli malların siyahısına daxil olub. Bunlar alkoqollu və alkoqolsuz enerji içkiləri və elektron siqaretləri üçün mayelərədir. Sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla, digər avtobusların ölkəyə idxalına aksiz dərəcələri tətbiq olanacaq”.

Samirə Musayeva aksiz vergilərinin artırılması və yeni aksiz vergilərinin tətbiqinin nə ilə bağlı olduğunu açıqlamayıb. Amma hökumət adətən bu cür addımlarını valyuta axının qarşısını almaq, yerli istehsalı stimullaşdırmaqla izah edir.

Amma sadə vətəndaşlar hər il müxtəlif səbəblərlə qiymətlərin artmasından giley-güzar edirlər.

Bakıda keçirdiyimiz ayaqüstü sorğuda sakinlər bahalaşmadan danışırlar:

Bahalaşma haqda: "Vallah yaşamaq olmur"
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

İqtisadçı Qubad İbadoğlunun proqnozlarına görə, 2019-cu ildə təkcə aksiz vergisi ilə bağlı bahalaşma olmayacaq. Müxtəlif ərzaq məhsullarının da qiyməti arta bilər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin ilk 9 ayında ötən illə müqayisədə ərzaq məhsullarının qiymətləri 2,5 faiz bahalaşıb.

Amma adətən hökumətin təndiqçiləri rəsmi statistikanın reallığı əks etdirməyini, qiymət artımının daha çox olduğunu bildirirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG