Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 13:44

İtaliyada konstitusiya islahatları üçün referendum keçirilir


Matteo Renzi Vladimir Putinlə G20 summiti Antalya,16 noyabr 2015

Dekabrın 4-də İtaliyada Konstitusiya islahatları ilə bağlı referendum keçirilir. Qərb mətbuatı yazır ki, referendum cəmiyyətdə “antiavropa” meyillərini üzə çıxara bilər.

Hazırkı baş nazir, Avropa Birliyi tərəfdarı Matteo Renzi ölkədə iqtisadi islahatlar aparmaq üçün səlahiyyətlərinin artırılmasını, parlamentin yuxarı palatasının hakimiyyətə təsir imkanlarının azaldılmasını istəyir.

Ancaq Avropa Birliyi tənqidçiləri seçiciləri bunun əleyhinə səs verməyə çağırıblar, onlar hesab edirlər ki, seçicilər “yox” desələr baş nazir postundan gedəcək, hətta bəlkə İtaliya Avropa Birliyindən də imtina edə bilər.

Seçicilər “yox” desələr, bu, AB tənqidçiləri və Rusiya prezidenti Putinə simpatiyası olan partilayarı gücləndirəcək.

XS
SM
MD
LG