Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 11:06

İstehsal qiymətləri keçən 2 ilə nisbətdə 28 faizə yaxın bahalaşıb


Azərbaycan manatı

2016-cı ildə sənaye məhsullarının istehsalçı qiymətləri iki il əvvələ nisbətən 27,5 faiz bahalaşıb. Xəbəri Dövlət Statistika Komitəsi yayıb.

Bildirilir ki, bahalaşma mədənçıxarma sənayesi üzrə 30,9 faiz, emal sənayesi üzrə 15,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 9,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 5,1 faiz təşkil edir.

2016-cı ilin dekabr ayında isə noyabra nisbətdə sənaye məhsullarının istehsalçı qiymətləri 21,7 faiz bahalaşıb. Bu sırada mədənçıxarma sənayesi üzrə 23,3 faiz, emal sənayesi üzrə 12,7 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 37,3 faiz bahalaşma baş verib.

Mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 23,4 faiz, metal filizlərin hasilatı üzrə 3,5 faiz bahalaşıb.

Statistik məlumatlara görə, ay ərzində neft məhsulları, toxuculuq, kimya , metallurgiya, o cümlədən, qida məhsullarının istehsalı üzrə də bahalaşma müşahidə edilib.

Multimedia

XS
SM
MD
LG