Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 01:39

Moskva Rusiyanın ‘köhnə düşmən’ adlandırılmasına etiraz edir


Rusiyanın xarici işlər naziri Sergei Lavrov (solda) və onun ispaniyalı həmkarı Josep Borrell 2018-ci ildə (Foto arxivdəndir)

İspaniyanın Moskvadakı səfiri bu ölkənin xarici işlər naziri Josep Borrellin Rusiyanı “köhnə düşmən” adlandırmasına görə Xarici İşlər Nazirliyinə dəvət edilib.

Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, səfir Fernando Valderrama Pareja mayın 28-də etiraz bildirilməsi üçün dəvət edilib.

Borrell bundan bir neçə gün əvvəl İspaniyanın El Periodico qəzetinə demişdi:

"Bizim köhnə düşmənimiz Rusiya bir daha özünü göstərir və deyir ki, burdayam və bir təhdid olaraq qayıtmışam”.

Rusiya XİN bildirib ki, Borrellin belə “qeyri-dost” şərhi “İspaniya və Rusiya arasında partnyorluğa və qarşılıqlı mənfəətə əsaslanan və qarşılıqlı dost münasibətlər kimi qavranan əlaqələrimizə ziyan vurur”.

İspaniya XİN hələlik bu hadisə ilə bağlı heç bir şərh verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG