Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:54

İşləyənlər daha bir fonda pul ödəməli olsa... [video]


İşsiz qalan yardım alacaq? Yoxsa vergi artacaq?
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

İşsiz qalan yardım alacaq? Yoxsa vergi artacaq? [A-Live]

Yeni qanun layihəsi təsdiqlənsə, işləyənlər və işəgötürənlər daha bir sosial fonda pul ödəməli olacaqlar - söhbət «İşsizlər üçün sığorta fondu»ndan gedir.

Artıq Milli Məclisdə 2-ci oxunuşda qəbul edilmiş “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsində işsizlərə müavinət verilməsi üçün Sığorta Fondu yaradılacaq.

Buna da bax:​ İşsizlərə müavinət verilməsi ilə bağlı fond yaradılır

Müxalifətdə olan ReAL Hərəkatının icra katibi Natiq Cəfərli isə bu qanun layihəsini bəyənmir, deyir ki, dövlət vətəndaşı yükləyir. Onun sözlərinə görə, vətəndaşlar indiyə qədər də sosial ödənişlər edirdi - hər bir muzdla çalışan şəxs hər ay əməkhaqqının 3 faizini, işəgötürən 20 faizi, fiziki şəxslər isə təqribən 22 manat pul ödəyir, bu vəsait pensiya və başqa sosial müavinətlərlə yanaşı, işsizlər üçün də nəzərdə tutulmuşdu, indi sosial ödəmək yükü artır:

Natiq Cəfərli
Natiq Cəfərli

“Siz məsələn, 100 manat maaş alırsınızsa, bunu 50 qəpiyini fonda köçürməlisiz. İşə götürən də Sizə görə əvvəllər Sosial müdafiə Fonduna köçürdüyü 20 manatın 0,5 faizini, yəni, 10 qəpiyini Sığorta Fonduna köçürür. Yəni, işəgötürən də, işçi də Fonda müəyyən məbləğ köçürməli olacaq. O məqsədlə ki, gələcəkdə kimsə işsiz qalacaqsa, müavinət ala bilsin”.

Buna da bax:​ 'Nə qazanırsan ki, nə də sığorta olunasan?'

Natiq Cəfərli hesab edir ki, bu cür yığımlar məcburi yox, könüllü olmalıdır. Onun sözlərinə görə, özəl sığorta fondları yaradılmalı, adam özü özünü işsizliyə görə sığortalamalıdır.

Milli Məclisin başqa bir deputatı Vahid Əhmədov Natiq Cəfərlinin dedikləri ilə razılaşmır deyir ki, vətəndaşların bir-birini dəstəkləməsi ədalətlidir və indiki halda vacibdir:

Vahid Əhmədov
Vahid Əhmədov

"Dövlət nədir, dövlət elə xalqdır da. Orda şirkətlər var, müəyyən gəlir mənbələri var. Dövlətin başqa gəlir yeri yoxdur ki?!"

Buna da bax:​ İşsizlərə sığorta veriləcək

Qanun layihəsinə görə, işsiz fonddan maksimum 9 ay müddətinə müavinət ala biləcək. Daha sonra təkrar müraciət üçün onun gərək azı bir il sığorta stajı olsun. Hazırda işsizlər 6 ay müddətinə müavinət ala bilir.

Milli Məclisin saytında yerləşdirilmiş qanun layihəsinə görə, sığorta ödənişinin məbləği ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Real-dan Natiq Cəfərli isə hesab edir ki, məcburi ödəmələrin artması, əmək müqaviləsi olmadan işləmək həvəsini artıracaq, adamlar iş münasibətlərini dövlətdən gizlətməyə çalışacaqlar. 2017-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata görə, Azərbaycanda 33 min şəxs işsiz status alıb. Ekspertlərsə deyir ki, bu rəqəm reallıqda daha çoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG