Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:50

İşsizlərə müavinət verilməsi ilə bağlı fond yaradılır


Gəncədə iş yarmarkası

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün, mayın 12-də keçirilən iclasında «İşsizlikdən sığorta haqqında» yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verib. O deyib ki, qanun layihəsi uzun müddətdir Prezident Administrasiya ilə birgə hazırlanır. Layihədə işsizliyin qarşısının alınması, ixtisarların olmamasından ötrü bir sıra tədbirlər nəzərdə tutulub.

4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi məqsədilə sığorta fondunun yaradılması nəzərdə tutulur. Sənəddə bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG