Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:34

Milli Məclis "İşsizlikdən sığorta haqqında" qanun qəbul etməyə hazırlaşır. Parlamentin bu gün, iyunun 13-də keçirilən iclasında qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli təqdim edib.

4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsi işsizlərə müavinətlərin verilməsindən ötrü Sığorta Fondunun yaradılmasını nəzərdə tutur. Layihə həmin fondun maliyyələşməsi məsələlərini də əks etdirir.

Buna da bax:​ Dünyada tibbi sığorta belə işləyir

Qanun işsizlərə sığortadan ödəniləcək vəsaitlərin mənbələrini müəyyən edir. Layihəyə görə, işsizlikdən sığorta vəsaitləri sığorta haqları, inzibati cərimələrdən daxilolmalar, qrantlar, ianələr, yardımlar, bank kreditləri hesabına ödəniləcək.

Yaradılması planlaşdırılan Sığorta Fonduna 90 milyon manat toplanması nəzərdə tutulur.

Qanun layihəsi sığorta ödənişinin 3 növünü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi növlərini müəyyən edir.

Buna da bax: 'Nə qazanırsan ki, nə də sığorta olunasan?'

İşsizlərə sığorta stajı 3 ildən 5 ilə qədər olduqda itirilmiş orta aylıq əmək haqqı məbləğinin 50, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55, 10 ildən yuxarı olduqda isə 60 faiz məbləğində verilməsi nəzərdə tutulur.

APA-nın xəbərinə görə, deputatlar qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG