Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:41

Vəkil: 'Gənclərin işgəncə şikayəti araşdırılmır'


Qiyas İbrahimov və Bayram Məmmədov
Qiyas İbrahimov və Bayram Məmmədov

►“Kürdəxanı istintaq təcridxanasında saxlanılan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun səhhəti nomaldır. Gələn həftədən onların işi ilə bağlı istintaq hərəkətlərinə başlanacaq”.

Bunu Turan-a gənclərin vəkillərindən Elçin Sadıqov bildirib.

“İstintaq hərəkətləri dedikdə B. Məmmədov və Q.İbrahimovun hal şahidləri və əməliyyatçılarla üzləşdirmələri nəzərdə tutulur. Bundan sonra yəqin ki, istintaq bitmiş sayıla bilər”.

Vəkil dəfələrlə vəsatət qaldırsa da, işgəncə faktlarının araşdırılmadığını söyləyib.

Vəkil: "Yəqin gözləyirlər işgəncə izləri itsin"

Elçin Sadıqovun sözlərinə görə, gənclər həbs edilərkən Xətai Rayon Məhkəməsində işgəncə ilə bağlı açıqlama veriblər. Hakim bu işgəncə hallarının araşdrılması haqda qərar çıxarıb. Vəkil deyir ki, buna baxmayaraq, Bakı Şəhər Prokuroluğu bu faktları araşdırmaqdan imtina edib, kamera görüntülərini gizlədib. “Amma bunu indi də sübut etmək olar, xəsarətlər görünməsə də ləkə şəklində izləri, hələ də, qalır”, -vəkil bildirib.

Omudsman Aparatının əməkdaşları təcridxanada monitorinq apararaq, gənclərin işgəncələrə məruz qalmadığını bildirmişdilər.
Halbuki, bundan bir qədər sonra BMT müfəttişləri də gənclərlə görüşmüş, keçirdikləri mətbuat konfransında da xəsarət izlərini gördüklərini açıqlamışdılar.

B.Məmmədov və Q.İbrahimov mayın 10-da axşamdan yoxa çıxmışdılar. Mayın 12-də məlum olmuşdu ki, onlar Nərimanov Rayon Polis İdarəsi yanında müvəqqəti saxlanma yerində tutulurlar.

Buna da bax: Qiyas: “Şalvarımı çıxarıb dəyənəklə yaxınlaşdılar"

Elə həmin gün B.Məmmədov və Q.İbrahimov Xətai Rayon Məhkəməsinə aparılaraq barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bundan sonra Daxili İşlər Nazirliyi gəcnlərin yaşadıqları mənzillərdən 1 kiloqramdan çox heroin tapıldığı barədə məlumat yayıb.

Ancaq gənclərin həbsinə səbəb kimi keçmiş prezident Heydər Əliyevin Milli Bankla üz-üzə olan heykəli üzərinə “Qul bayramınız mübarək!” şüarını yazılması göstərilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG