Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:54

Vəkil: "Yəqin gözləyirlər işgəncə izləri itsin"


Bayram Məmmədov və Qiyas İbrahim
Bayram Məmmədov və Qiyas İbrahim

►Gənclərə valideynləri ilə niyə görüş verilmir?

Gənc fəallar Bayram Məmmədovla Qiyas İbrahimova hələ də valideynləri ilə görüşməyə icazə verilmir.

Gənclərin vəkili Elçin Sadıov AzadlıqRadiosuna bildirib ki, Ədliyyə Nazirliyinə müraciətlər də cavabsız qalıb:

Elçin Sadıqov: "Bəlkə də işgəncə izlərinin itməsini gözləyirlər deyə görüşə icazə vermirlər"
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

“Bizə deyirlər ki, görüş üçün istintaqdan məktub alınmalıdır. Bu tələb isə tamamilə qanunsuzdur. Qanunda belə şey yoxdur. Qanunvericilik bu hüququn təmin olunmasını Bakı İstintaq Təcridxanasına həvalə edib. Onu da deyim ki, istintaq hər iki şəxsin görüşünə heç bir məhdudiyyət qoymayıb. Hələ ki, yazılı bir cavab verməyiblər. Ancaq hər dəfə valideynlərə deyirlər ki, “gedin, müstəntiqdən razılıq məktubu alın. Biz də deyirik ki, “bu qanunsuzdur”. Biz istintaqla əlaqə saxlamışıq. İstintaq da deyir ki, “biz heç bir məhdudiyyət qoymamışıq. İstənilən qədər görüşə bilərlər””.

İşgəncə izlərinin keçməsini gözləyirlər?

Vəkil deyir ki, gənclərə valideynləri ilə görüş işgəncə izlərinə görə də verilməyə bilər:

“Bayramla Qiyasa da təcridxanada demişdilər ki, “yaralarınız tam sağalsın, sonra görüşərsiz”. Bu, bir ehtimaldır. Digər ehtimal odur ki, bununla gənclərə müəyyən təzyiq göstərmək istəyirlər. Ancaq işgəncənin izlərinə gəldikdə, Bayram Məmmədovun biləklərində deformasiyaya uğramış yaralar hələ də qalır. Onu qaldırıb əlləri qandallı vəziyyətdə yerə vurublar, o izlər silinməyib. O izlər belə tezliklə getməyəcək də”.

____________________________________________________________

Bunlara da bax:
Siqaretə məhdudiyyət qoyula bilər
Almaniya parlamenti "erməni soyqırımı"nı tanıdı

____________________________________________________________

Ədliyyə Nazirliyi qanunvericiliyə istinad edir

Ədliyyə Nazirliyinin insan haqları şöbəsinin müdiri Faiq Qurbanov isə AzadlıqRadiosuna deyib ki, istintaq altında olan şəxslərin yaxınları ilə görüşü qanunvericiliklə tənzimlənir. İşgəncə izləri ilə bağlı ehtimallara gəldikdə, Ədliyyə Nazirliyi rəsmisi deyir ki, belə şey ola bilməz:

Faiq Qurbanov: "İstintaq altında olan şəxslərin yaxınları ilə görüşü qanunvericiliklə tənzimlənir"
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

“Bu görüşləri qanunvericilik tənzimləyir. Qanunvericilik çərçivəsində də öz həllini tapmalıdır. İşgəncə iddiaları ola bilər. Yəqin ki, bu iddialar əsassızdır. Görüşə gəlincə, hər bir saxlanılan şəxs qanunvericiliklə müəyyən olunmuş hüquqlarından istifadə etməlidir”.

Bayram Məmmədovla Qiyas İbrahimov mayın 10-da qanunsuz narkotik ittihamı ilə saxlanıblar. NİDA Vətəndaş Hərəkatı onların keçmiş prezident Heydər Əliyevin heykəlinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb. Onlar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib .

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunması barədə bəyanatlar yayıblar. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı gəncləri vicdan məhbusu sayır.

Hər iki gənc onlara dəhşətli işgəncələr verildiyini bildirib. Rəsmi dairələr bu iddiaları təkzib edib.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (2 iyun)

Almaniya parlamentinin "soyqırım"ı tanıyan qətnaməsinə Bakıdan reaksiyalar
Günün hadisələri Azadlıq Radiosunda (2 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (2 iyun)

Mehriban Əliyevanın təklif etdiyi amnistiya aktı: "Kimin pulu var çıxacaq"...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG