Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:22

İraq Mosulda universitet uğrunda döyüşür


İraq xüsusi təyinatlı qüvvələri Mosul universiteti ərazisində "İslam Dövləti" yaraqlılarına qarşı vuruşur, 13 yanvar 2017

İraq hərbçiləri Mosulun böyük hissəsinə nəzarəti geri ala bilib.

Hazırda döyüşlər şəhərin şərqində yerləşən universitet kompleksi uğrunda gedir.

İraq hakimiyyətinin məlumatına görə, özünü İslam dövləti adlandıran qrupun yaraqlıları universitet laboratoriyalarında kimyəvi silah hazırlayır.

Hakimiyyət gücləri Dəclə çayı üzərindən keçən 3 körpünü tutub, dördüncü uğunda döyüş gedir.

Çayın qərbə baxan hissəsi hələ ki, İD döyüşçülərinin əlindədir.

3 aydır ki, İraq ordusu ABŞ hərbçilərinin dəstəyi, o cümlədən, kürd və şiələrdən təşkil olunmuş döyüşçülərlə birgə Mosulu geri qaytarmaq üçün hərbi əməliyyatlara başlayıb.

İD yaraqlıları 2014-cü ildən İraqın şimal və qərbindəki torpaqları zəbt edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG