İranlı professorlar ölkə rəhbərliyini ABŞ vətəndaşlarına viza qadağası qoymağa çağırıb
İranın bir qrup professoru ölkə prezidenti Hassan Rohani-ni ABŞ rəhbəri Donald Trump-ın “müsəlman qadağası”na eyni cavabı verməyə çağırıb.
Prestijli Sharif Texnologiya Universitetinin 72 professorunun imzaladığı müraciətdə deyilir ki, Trump-ın 7 müsəlman ölkəsi vətəndaşının ABŞ-a girişinə qoyduğu qadağaya cavab olaraq, İran da ABŞ vətəndaşlarına qarşı 90 günlük viza qadağası tətbiq etməlidir.
Onlar bunu Trump-ın sərəncamına qarşı “yaxşı cavab” adlandırıblar, bildiriblər ki, qoy amerikalılar da iranlıların “qonaqpərvərliyini” hiss eləsinlər.
Müraciət prezidentə və ölkənin xarici işlər nazirinə ünvanlanıb.
Donald Trump yanvarın 27-də İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən ölkələrinin vətəndaşlarına 90 günlük viza qadağasının tətbiqi ilə bağlı sərəncam verib.
ABŞ Federal məhkəməsi ölkəyə artıq gələn bu ölkə vətəndaşlarının girişinə imkan yaradıb.
İran Trump-ın sərəncamına cavab olaraq, dollardan imtina etdiyini bildirib.