Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 07:53

Elmar Məmmədyarov İbrahim Rəhimpuru qəbul edib


İbrahim Rəhimpur.

Yanvarın 26-sı xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpuru qəbul edib.

Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin saytı xəbər yayıb.

Görüşdə Azərbaycan və İran arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluqla qeyd olunub. İki ölkə rəhbərinin iradəsinə uyğun olaraq, əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Buna da bax:​ Elmar Məmmədyarov Lavrovla görüşüb

Görüşdə yanvarın 25-i və 26-sı Bakıda keçirilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xarici işlər nazirləri müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclasının əhəmiyyəti qeyd olunub. Aparılan müzakirələrin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması işinə əsaslı töhfə verdiyi bildirilib.

Görüşdə, habelə iki ölkəni birləşdirən nəqliyyat dəhlizlərinin və Şimal-Cənub dəmir yolu xəttinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Buna da bax: Nazir: ‘Azərbaycan regionun lider dövlətidir’

Azərbaycan-İran-Türkiyə formatında əməkdaşlığın regionda sülh, sabitlik və çiçəklənmənin təmin olunmasına xidmət etdiyi vurğulanıb.

Yanvarın 25-i və 26-sı Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun 48-ci iclası keçirilib. İclasda Azərbaycan, İran, Rusiya Qazaxıstan və Türkmənistan xarici siyasət idarəsinin təmsilçiləri iştirak ediblər.

XS
SM
MD
LG