Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:09

Nazir: ‘Azərbaycan regionun lider dövlətidir’


Elmar Məmmədyarov

“Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkədir. Regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir”.

Xarici işlər naziri Elmar Məmmədyarov 2016-cı ilin yekunları ilə bağlı AZƏRTAC-a müsahibəsində belə deyib.

Nazir bir ildə Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafı ilə bağlı Türkiyə, Rusiya, İran və Gürcüstan ilə qarşılıqlı əməkdaşlığın genişlənməsini xüsusi qeyd edib.

Buna da bax:​ 'Məsuliyyətsizlikdən, özbaşınalıqdan və korrupsiyadan ölənlər'

Böhran haqda...

Xarici işlər naziri iqtisadi durumdan bəhs edərkən son illər dünya iqtisadiyyatının böhranla üzləşdiyini, geriləmələrin digər ölkələr kimi Azərbaycana da öz təsirlərini göstərdiyini vurğulayıb. O, gələcəklə bağlı nikbinliyini ifadə edib.

“Böhranın təsirlərini, enerjidən asılılığı azaltmaq, iqtisadiyyatın şaxələndirilməsini təmin etmək, ixrac potensialını təşviq etmək məqsədilə ölkədə aparılan iqtisadi islahatlar, imzalanan fərman və sərəncamlar artıq öz müsbət nəticələrini verməkdədir. Prezidentin milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi iqtisadi diplomatiyamızın həyata keçirilməsi üçün fundamental baza rolunu oynayır və qarşımıza böyük vəzifələr qoyur”, nazir bildirib.

Buna da bax:​ İlham Əliyev: 'Formula-1 hər ölkəyə nəsib olmur'

Avropa Birliyi ilə əlaqələr

Elmar Məmmədyarov Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığın perspektivlərinə baxışlarının da pozitiv olduğunu ifadə edib.

“Azərbaycan Avropa Birliyi ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. Bununla əlaqədar olaraq Azərbaycan 2015-ci ilin mayında strateji tərəfdaşlıq haqqında saziş layihəsini təqdim edib. Avropa Birliyi Şurası artıq Azərbaycan ilə bu qurum arasında sözügedən saziş layihəsinə dair rəsmi danışıqlara başlamaq üçün mandat verib. Hazırda sazişin hazırlanması üzrə tərəflərin nümayəndə heyətlərinin tərkibi formalaşdırılır. 2017-ci ilin əvvəlindən etibarən intensiv danışıqlar başlanılacaq”, nazir qeyd edib.

Şərhlər (3)

Bu forum dayandırılıb

Multimedia

XS
SM
MD
LG