İranın daxili işlər naziri Mohammad Zarif deyib ki, ABŞ prezidentinin imzaladığı imiqrasiya sərəncamı “ekstremistlər və onların tərəfdarları üçün böyük hədiyyədir”.
Zarif yanvarın 28-də Tvitterdə yazıb ki, kollektiv diskriminasiya imkan yaradır ki, dərinləşdirilmiş ayırıcı xətlərlə adamları terrorçuluğa cəlb etsinlər, öz sıralarını doldurmaq üçün bu diskriminasiyadan istifadə etsinlər”.
İran naziri deyib ki, Trump-ın sərəncamına cavab olaraq, onlar əlində vizası olan amerikalılar üçün məhdudlaşdırma siyasəti tətbiq etməyəcəklər.
ABŞ prezidenti Donald Trump-ın yanvarın 27-də 7 müsəlman ölkəsi vətəndaşının ölkəyə 90 gün ərzində girişini qadağan edən sərəncam imzalayıb. Bu sərəncam vizası, Green-cardı olanlara da tətbiq edilməyə başlayıb.
Sərəncam böyük narazılıq doğurub, Federal Məhkəmə sərəncamın icrasına müvəqqəti qadağa qoyub.