Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:38

İran Ramazan ‘terror planının’ 27 şübhəlisini həbs etdiyini deyir


İranlılar Ramazan günlərində Tehranın Beheşti-Zəhra qəbristanlığındakı şəhid məzarları üstündə ibadət edirlər
İranlılar Ramazan günlərində Tehranın Beheşti-Zəhra qəbristanlığındakı şəhid məzarları üstündə ibadət edirlər

İranın hakimiyyət orqanları bildirir ki, ölkədə müqəddəs Ramazan ayında hücumlar hazırlamaqda şübhəli bilinən “terrorçu şəbəkənin” 27 üzvü həbs olunub.

İranın Kəşfiyyat Nazirliyinin məlumatına görə qrup Tehranda və başqa böyük şəhərlərdə “terrorçu əməliyyatlar” hazırlayırdı.

Bəyanatda deyilir ki, şübhəlilər “internet məkanında möhtərəm İran xalqını qisas və qətllərlə hədələyən şəkillər dərc edib”.

Bu da xəbər verilir ki, hücumlar ötən həftə Əl-Qədr və fələstinlilərə dəstək məqsədilə hər il keçirilən Qüds günü vaxtında həyata keçirilməli idi.

Nazirlik bildirir ki, çox sayda silah-sursat aşkar olunub.

Bu bəyanatdan bir gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu “terrorçu qrupların” qonşu İraqdan üç müdaxilə cəhdinin dəf edildiyini və hücum edənlərdən 13-nün öldürüldüyünü bəyan edib.

İran onun şiə əhalisini kafir kimi görən sünni ekstremist qruplar tərəfindən tez-tez hədəflənir.

Bundan başqa Tehran İraq və Suriyadakı İslam Dövləti və Əl-Qaeda ekstremist qruplaşmaları ilə mübarizədə birbaşa iştirak edir.

2017-ci ilin iyununda İŞİD-in öz üzərinə götürdüyü terrorçu hücumların əsnasında parlament binasında və ayətüllah Khomeini-nin məqbərəsində 18 nəfər öldürülmüşdü.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG