Keçid linkləri

Təcili xəbərlər
2023, 04 İyun, bazar, Bakı vaxtı 10:47

İranda etirazlar davam edir


İranın Şiraz şəhərində etiraz aksiyası.2 Avqust.

Avqustun 3-də İranın bir neçə şəhərində etirazlar davam etdirilib.

Bu barədə AzadlıqRadiosu sosial şəbəkələrə istinadla məlumat verir.

Aksiyaçılar iqtisadi vəziyyətin pisləşməsi,infilyasiyanı artması, xüsusilə də milli valyuta rial-ın məzənnədən kəskin düşməsinə qarşı etiraz edirlər.

İranda etiraz aksiyaları keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Artıq bir neçə gündür ki, ölkənin müxtəlif şəhərlərində sosial tələblərlə etiraz aksiyaları keçirilir.

AzadlıqRadiosuna göndərilən həvəskar videoda onlarla etirazçının paytaxt Tehranda ölkənin ali dini lideri "Ayatolla Ali Khameneinin ünvanına ölüm” şüarları səsləndirdikləri görünür.

'İranda etiraz aksiyası. Avqust 2018.
'İranda etiraz aksiyası. Avqust 2018.

Digər nümayişçilər isə “İranlılar tələblərinizi istəyin” şüarları səsləndirirlər.

Məlumata görə paytaxt Tehranın mərkəzində və şimal məhəllələrində polis nəzarəti gücləndirilib.

AzadlıqRadiosuna göndərilən başqa bir videoda isə Karac şəhərində polisin nümayişçilərin qarşısını kəsdiyi görünür.

Amma hələlik itki və ya həbslər barədə məlumat yoxdur.

Həmçinin Məşhəd,İsfahan və Şiraz şəhərlərində etiraz nümayişləri keçirilib.

Qeyd edək ki, son vaxtlar, İranın bir sıra iri şəhərlərində sosial tələblərlə vaxtaşırı etiraz aksiyaları keçirilir.

'İranda etiraz aksiyası, Avqust 2018.
'İranda etiraz aksiyası, Avqust 2018.

Buna da bax: "İranda etirazlar davam edir".

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bu ilin mayında ölkəsinin İranla 6 aparıcı dünya ölkəsi ilə imzalanmış nüvə sazişindən çıxdığını və Vaşinqtonun Tehrana qarşı iqtisadi sanksiyaları bərpa etdiyini bəyan elədi.

ABŞ iki mərhələdə, avqustun 6-ı və noyabrın 4-də İrana qarşı bütün sanksiyaları bərpa etmək fikrindədir.

Bir çox xarici şirkətlər buna görə İranla ticarət əlaqələrini kəsmək məcburiyyətində qalıblar.

Buna da bax:"İran etirazlarının 5 səbəbi".

Xatırladaq ki, Tehranla aparıcı dünya ölkələri arasında imzalanan nüvə sazişindən sonra İrana qarşı sanksiyalar aradan qaldırıldı, Tehran isə əvəzində nüvə fəaliyyətini dayandırdı.

Amma sazişə imza adan digər ölkələr-Almaniya, Böyük Britaniya,Fransa, Çin və Rusiya ona əməl edəcəklərini vəd ediblər.

XS
SM
MD
LG