Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

İranda etirazlar davam edir


Karacda etirazlar
Karacda etirazlar

Hökumətin “Iran daily” qəzeti Məşhəd, Karac və Şiraz şəhərlərində “dağınıq və icazəsiz toplantılar”ın keçirildiyini yazır.

Qəzet nümayişlərdən bəzilərinin “polis qüvvələrinin müşayiəti ilə” bitdiyini qeyd edib.

IRNA dövlət xəbər agentliyinin yazmasına görə, Fars vilayətinin paytaxtı Şirazda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub.

Xəsarət alanlar, yaxud həbslər barədə məlumat yoxdur.

AzadlıqRadiosu-na göndərilmiş həvəskar videoda onlarla etirazçı “Qiymət artımı, inflyasiya istəmirik” şüarı səsləndiriblər.

Məşhəd şəhərində 100-dən etirazçının “iqtisadi korrupsionerlərə” qarşı tədbirlər tələbilə oxşar yürüş keçirdiyi xəbər verilir. Bu haqda Fars xəbər agentliyi yazıb.

İsfahanda etiraz
İsfahanda etiraz

Məlumatda deyilir ki, İslam İnqilab Keşikçiləri Korpusunun komandiri Yaghoubali Nazari etirazçılarla görüşüb və o, “polis müdaxiləsi” ilə başa çatıb.

İranın mərkəzindəki İsfahan şəhərində isə etirazçıların polis qüvvələrinə daş atdığını göstərən video AzadlıqRadiosu-na göndərilib.

BBC polis əməkdaşlarının kütləni dağıtmaqdan ötrü gözyaşardıcı qaza əl atdıqlarını xəbər verir.

İsfahandan şimalda yerləşən Şahin Şəhrdə onlarla kişi və qadın əllərini bir-birinə vurur, digərlərini də onlara qoşulmağa çağırır.

Avqustun 1-də iranlı deputatlar prezident Hassan Rohani-yə bir ay vaxt veriblər ki, parlamentdə onların iqtisadi durumla bağlı suallarını cavablandırsın.

Rohani-yə göndərilən məktubda 200-dək deputat hökumətdə “maksimum silkələnmə”yə çağırırlar.

***

Artıq ikinci gecədir İranın paytaxtı Tehran yaxınlığında etirazlar davam edir. Etirazçılar ölkədə iqtisadi çətinliklərin artmasına qarşı çıxırlar, bunu sosial mediada yayılan postlara əsasən demək olar.

Avqustun 2-də sosial şəbəkələrdə yayılmış videolarda Karac şəhərində ruhani isteblişmentin devrilməsinə çağıran şüarlar səsləndirilib.

AzadlıqRadiosu videonun həqiqiliyini təsdiqlədə bilməyib.

Şirazda etirazlar
Şirazda etirazlar

Videoların birində kütlə “Diktatora ölüm” şüarı qışqırır, bu şüarın ali dini lider Ayatollah Ali Khamenei-yə ünvanlandığı görünür.

Digər videoda azı bir polis motosikletinin yandırıldığı görünür.

Alborz vilayətinin paytaxtı sayılan Karacda ölüm, yaxud həbslərlə bağlı məlumat yoxdur.

Son bir neçə gündə İranın bir neçə şəhərində yüzlərlə nümayişçinin küçələrə çıxması xəbərləri gəlir. Onlar inflyasiyanın yüksəlməsinə, milli valyuta olan rialın ucuzlaşması səbəbindən iqtisadi problemlərin dərinləşməsinə etiraz edirlər. Apreldən bəri rial dollara qarşı yarıbayarı ucuzlaşıb.

Mayda Birləşmiş Ştatlar İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, Tehrana iqtisadi sanksiyaların bərpa olunacağını bildirib. Bu da rialın dollara qarşı ucuzlaşmasını sürətləndirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG