Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 14:38

İran Səudiyyədə Məkkə və Mədinədən başqa hər yeri vura biləcəyini deyir


İranın müdafiə naziri Hossein Dehghan
İranın müdafiə naziri Hossein Dehghan

İran bəyan edib ki, əgər səudlar hər hansı “düşüncəsiz” hərəkətə yol versələr, Tehran İslamın müqəddəs məkanlarını çıxmaq şərtilə Səudiyyə Ərəbistanının bütün ərazisinə zərbə endirə bilər.

İranın müdafiə naziri Hossein Dehghan bu bəyanatı Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salmanın daha əvvəl öz müsahibəsində verdiyi bir sıra şərhlərə cavab olaraq səsləndirib.

Bin Salman Səudiyyə telekanallarına müsahibəsində demişdi ki, Tehran bütün İslam dünyasını nəzarəti altına almaq istəyir.

O həmçinin hər hansı gələcək toqquşmanın İran ərazisində baş verəcəyini söyləmişdi.

İran naziri bu bəyanatı “qanunsuz və qızışdırıcı” adlandırıb.

İranın yarırəsmi Təsnim agentliyi Dehghanın bəyənatını ərəbdilli Manar telekanalına istinadən verdiyini bildirib.

İran naziri həmin müsahibədə deyib ki, “səudlar hər hansı “düşüncəsiz” hərəkətə yol versələr, biz Səudiyyə ərazisində Məkkə və Mədənədən başqa zərbə toxunmamış yer qoymayacağıq”.

Bundan əvvəl mayın 3-də İran Xarici İşlər Nazirlyinin sözçüsü Bəhram Qassemi demişdi ki, Səudiyyə şahzadəsinin bəyanatı bu ölkənin terrora dəstək verdiyini və regionda İrana qarşı düşmən siyasət yürütdüyünü göstərir.

Bin Salman öz müsahibəsində İranın şiə hökumətini tənqid etmişdi, lakin Qassemi cavab olaraq bildirmişdi ki, Suriya, İraq və Əfqanıstanda münaqişələr törədən İslam Dövləti və əl-Qaeda təşkilatları Səudiyyənin dəstəklədiyi Vəhhabilik kimi “radikal ideologiyalardan” qidalanır.

Hazırda Səudiyyə və İran region boyunca Suriya, Yəmən, İraq, Livan və Bəhreyndə qarşıduran tərəfləri dəstəkləyirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG