Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:52

ABŞ İranın sanksiyalardan azad olunması müddətini uzatdı


Sanksiyalarsız müddətin uzadılması İran prezidenti Hassan Rohaninin seçki şanslarını artıra bilər
Sanksiyalarsız müddətin uzadılması İran prezidenti Hassan Rohaninin seçki şanslarını artıra bilər

ABŞ prezidenti Donald Trump-ın administrasiyası İrana 2015-ci il nüvə sazişinin imzalanmasından sonra verilmiş sanksiyalardan azad müddətin uzadılması barədə qərar qəbul edib. Eyni zamanda ballistik raketlərlə bağlı fəaliyyətinə görə Tehranın üzərinə yeni iqtisadi cərimələr qoyulub.

Dövlət Departamenti Konqresə bildiriş verib ki, İranın 2015-ci il sazişi ilə əlaqədar sanskiyalardan azad olunması müddəti uzadılır. Bu qərar İrana Obama administrasiyası tərəfindən verilmiş sanksiyasız müddətin qurtarmasına lap az qalmış verilib.

Trump prezident seçkisi kampaniyası ərzində sözü gedən sazişi ləğv edəcəyi ilə hədələmişdi.

Bununla yanaşı, ABŞ-ın Maliyyə Nazirliyi İranın ballistik raket proqramına dəstək verdiklərinə görə İran Müdafiə Nazirliyinin iki rəsmisi, bir İran şirkəti və Çində mənzillənmiş şəbəkənin üzvləri üzərinə yeni cərimıələr qoyub.

Mayın 17-də sanksiya sihayısına daxil edilmiş iki iranlı Mortəza Fərasətpur və Rəhim Əhmədidir.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir ki, Fərasətpur Suriya hökuməti üçün partladıcıların və başqa materialların alqı-satqısını koordinasiya edib.

Bəyanatda deyilir ki, Əhmədi İranın Şəhid Bakeri Sənaye Qrupunun direktorudur. Bu qrup İranın bərkyanacaqlı baliistik raket proqramını həyata keçirir.

Yeni sanksiyalar habelə çinli Ruan Runling və Çində mənzillənmiş və Ruanla bağlı olan Shanghai North Begins International, Shangai Gang Quan Trade Co və Shanghai North Transway International Trading Co şirkətlərinə tətbiq edilir.

AzadlıqRadiosu yazır ki, sanksiyalardan azad müddətinin bitməsinə iki gün qalmış onun uzadılması iki gündən sonra keçiriləcək İran seçkisində prezident Rohaniyə əlavə dəstək qazandıra bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG