Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

İran deyir ki, Səudiyyə onunla ‘kommunikasiyadadır’


Ali Rabiei
Ali Rabiei

İran bildirib ki, iki ölkə arasında münasibətlərin son dərəcə gərgin olmasına baxmayaraq Səudiyyə Ərəbistanı üçüncü ölkələr vasitəsilə Tehranla əlaqəyə girir.

İran prezidenti Hassan Rohaninin sözçüsü Ali Rabiei sentyabrın 30-da jurnalistlərə deyib ki, Tehran bu kommunikasiyanı alqışlayır, lakin ən əsas “ictimai mesaj” Səudiyyənin “Yəmən üzərinə hücuma” son qoyması olardı.

"Əgər Səudiyyə Ərəbistanı həqiqətən də davranışını dəyirmək istəyirsə, İran bunu alqışlayır. Hörmüz sülh planı Səudiyyə Ərəbistanını da əhatə edir və İran bu prosesi alqışlayır”.

Sözçü vasitəçilik edən ölkələrin adlarını çəkməyib.

Səudiyyə Ərəbistanı sentyabrın 14-də onun neft infrastrukturuna hücuma görə İranı ittiham edib.

Ər-Riyad bildirib ki, o insidentə görə İranı ittiham etsə də, məsələnin dinc yolla həllinə çalışır, lakin neft qurğularına raket və dron hücumunun İran ərazisindən edildiyi üzə çıxarsa, krallıq bunu özünə qarşı “müharibə aktı” hesab edəcək.

ABŞ prezidenti Donald Trump və başqa Qərb liderləri də sözü gedən hücumun arxasında Tehranın dayandığına inanırlar.

İran və ABŞ arasında münasibətlər Trump Birləşmiş Ştatları 2015-ci il nüvə sazişindən çıxarandan bəri gərginləşib.

Tehran özünə qarşı bütün ittihamları rədd edir.

İranın dəstəklədiyi Yəmən hutiləri Səudiyyənin neft qurğularına hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Lakin Qərb hücumun arxasında İranın dayandığını bildirir.

Bir çox müşahidəçilər Yəməndəki vətəndaş münaqişəsini İranla Səudiyyə arasında təmsili müharibə hesab edirlər.

İran bu münaqişədə şiə hutiləri dəstəkləyir.

Sentyabrın 29-da Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, əgər İranın hərəkətləri buxovlanmasa, neft qiymətləri “təsəvvürəgəlməz səviyyəyə yüksələ bilər”.

Buna baxmayaraq şahzadə qarşıdurmanın hərb yox, sülh yolu ilə həllinə tərəfdar olduğunu deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG