Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:52

Hutilər 2 minə yaxın Səudiyyə əsgərini əsir götürdüklərini iddia edirlər


Yəmən, Arxiv foto
Yəmən, Arxiv foto

Yəməndəki Huti üsyançıları sentyabrın 29-da məlumat yayıblar ki, iki ölkə sərhəd boyunca geniş miqyaslı hücum edərək 2000 nəfərə yaxın Səudiyyə əsgərini texnika ilə birgə əsir götürüblər.

Hücümun bir gün əvvəl Səudiyyənin cənundakı Nacran bölgəsində baş verdiyi bildirilir.

Üsyançılar Səudiyyə nişanlı döyüş sursatları, vurulmuş və ələ keçirdikləri iddia olunan çoxsaylı zirehli maşınları nümayiş etdirən video paylaşıblar.

Huti sözçüsü Yahya Saree, 200-dən çox Səudiyyə əsgərinin öldürüldüyünü söyləyib.

Səudiyyə hökuməti hadisə ilə bağlı açıqlama verməyib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 2015-ci ildən bəri Yəməndə Hutilərlə mübarizə aparır. Döyüşlərdə on minlərlə insan həyatını itirib, milyonlarla insan didərgin düşüb.




AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG