Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:17

Xəbərdarlıq: Neftin qiyməti kəllə-çarxa çıxa bilər


Arxiv fotosu
Arxiv fotosu

Beynəlxalq ictimaiyyət İrana qarşı “güclü və qətiyyətli” mövqe ortaya qoymazsa, neftin qiyməti “təsəvvür edilməyəcək səviyyəyə qalxar”. Belə bir xəbərdarlıqla Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Mohammed bin Salman çıxış edib.

“Dünya İranın qarşısını alacaq güclü və qətiyyətli mövqe göstərməzsə, vəziyyətin qızışacağını, bunun dünyanın maraqlarına təhdid yaradacağını görəcəyik”, – vəliəhd şahzadə ABŞ-ın həftəlik “60 dəqiqə” xəbər proqramına deyib.

Müsahibə sentyabrın 29-da yayınlanıb. Bundan 15 gün öncə Səudiyyənin neft obyektlərinə dron zərbələri endirilib, ölkənin xam neft hasilatının 50 faizi, dünyanın isə neft təchizatının 5 faizi kəsilib.

Mohammed bin Salman
Mohammed bin Salman

Səudiyyə Ərəbistanını de-fakto idarə edən şahzadə, eləcə də ABŞ-ın Dövlət katibi Mike Pompeo bu hərəkəti müharibə adlandırıb. Onların hər ikisi 14 sentyabr hücumuna görə Səudiyyənin əzəli düşməni İranı ittiham edib.

Fransa, Almaniya və Britaniya da hücuma görə Tehranı suçlayıb.

İran hücumda əli olmadığını deyib. Dron hücumlarına görə məsuliyyəti Həməndəki husi üsyançıları götürüb.

Vəliəhd şahzadə hərbi deyil, siyasi həllə üstünlük verdiyini deyir, çünki sonuncu qlobal iqtisadiyyatın çökməsi ilə sonuclanar

“Siyasi və dinc həll yolu hərbidən daha yaxşıdır”, – o vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG