Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:23

İran özünün neft ixracı ilə bağlı ABŞ-a xəbərdarlıq edir


İranın xarici işlər naziri Mohammad Javad Zarif aprelin 24-də Nyu Yorkdakı Asiya Cəmiyyətində çıxış edərkən
İranın xarici işlər naziri Mohammad Javad Zarif aprelin 24-də Nyu Yorkdakı Asiya Cəmiyyətində çıxış edərkən

İranın xarici işlər naziri Mohammad Javad Zarif Birləşmiş Ştatların Tehranın beynəlxalq bazarlarda neft satmasının qarşısını almaq cəhdlərinin “nəticələri” barədə xəbərdarlıq edib.

Aprelin 24-də Nyu Yorkda keçirilən bir tədbirdə çıxış edən Zarif deyib ki, Tehran öz neftinin ixracını bundan sonra da davam etdirəcəyindən əmindir:

"Biz öz neftimizə müştəri tapmaqda davam edəcəyik və biz neftimizin satışa təhlükəsiz çıxarılması üçün Hörmüz boğazından istifadəni davam etdirəcəyik”.

Onun bu bəyanatından iki gün əvvəl Vaşinqton İran neftini ala bilmələri üçün Tehranın 8 ən böyük müştərisinə etdiyi 6 aylıq güzəştin bitdiyini elan edib.

Vaşinqton İran nefti üzərinə sanksiyalarını 2015-ci ilin nüvə sazişindən çıxdıqdan sonra bərpa edib və Trump administrasiyası İranın neft ixracını “sıfra” endirəcəyini bildirib.

Lakin Zarif Tehranın görə biləcəyi cavab tədbirlərinə konkret toxunmadan xəbərdarlıq edib:

"Əgər Birləşmiş Ştatlar bizi neft ixracından məhrum etmək məqsədilə divanə tədbirə əl atsa, onda bu hərəkətin nəticələrinə hazır olmalıdır”.

Bundan əvvəl İranın ali rəhbəri ayətüllah Ali Khamenei demişdi ki, Vaşinqtonun neft ixracı güzəşti üçün müddəti uzatmaqdan imtina etməsi İrana qarşı “düşmən hərəkətdir” və “cavabsız qalmayacaqdır”.

Zarif bunu da vurğulayıb ki, Trump-ın məqsədi “bizi diz üstdə qoyaraq danışıqlara məcbur etməkdir”.

Lakin o əlavə edib ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton və ABŞ-ın Yaxın Şərqdəki bəzi müttəfiqləri bundan İranda “rejim dəyişikliyi” və “İranın çökdürülməsi” üçün fürsətlənməyə çalışırlar:

"Bu hələki böhran deyil, lakin çox təhlükəli vəziyyətdir. Qəzalar və planlı törədilən qəzalar mümkündür”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG