Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:10

Rohani Birləşmiş Ştatlara şərt qoyur


Hassan Rohani
Hassan Rohani

Birləşmiş Ştatlar təzyiqi aradan qaldırarsa və “qanunsuz hərəkətlər”inə görə üzr istəyərsə, Tehran nüvə sazişi üzrə yenidən danışıq apara bilər. Bunu İran Prezidenti Hassan Rohani deyib. Qeyd edək ki, Vaşinqton İranı 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişi üzrə yenidən danışıq aparmağa çağırır.

“Biz həmişə danışıq və diplomatiya adamı olmuşuq, həm də müharibə və müdafiə adamıyıq”, – Rohani aprelin 24-də söyləyib.

İranın neft ixracı
İranın neft ixracı

“Üzr istəsinlər”

“Danışıq o zaman mümkün olar ki, bütün təzyiqlər aradan qaldırılsın, onlar qanunsuz hərəkətlərinə görə üzr istəsinlər, qarşılıqlı sayqı olsun”, – Rohani əlavə edib.

Aprelin 23-də dünyada neftin qiyməti noyabrdan bəri rekord səviyyəyə çatıb. Səbəb Vaşinqtonun gələn həftədən İrandan neft idxalına sanksiya möhlətini uzatmayacağını açıqlamasıdır.

Bu, Tehrandan neft alan idxalçılara təzyiqin artması deməkdir və qlobal neft təchizatını tarıma çəkib.

2015-ci ildə imzalanmış saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində Tehrana sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Birləşmiş Ştatlar 2018-ci ildə sazişdən çıxıb və sanksiyaları bərpa etməyə başlayıb.

ABŞ Prezidenti Donald Trump nüvə sazişini “faciəvi şəkildə qüsurlu” adlandırıb, çünki sənədin İranın ballistik raket proqramını, əhatələmədiyini deyib. Onun fikrincə, Tehran terrorçuluğu dövlət səviyyəsində himayə edir.

Sənədi imzalamış digər tərəflər – Fransa, Almaniya, Britaniya, Avropa İttifaqı, Rusiya və Çin beynəlxalq razılaşmanı qorumağa çalışırlar.

Vaşinqtonun sanksiyalardan möhləti uzatmaması o deməkdir ki, İrandan neft almağa davam edən ölkələr sanksiyalarla üzləşə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG