Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Hicaba görə 38 il həbsxana, 148 şallaq


Nasrin Sotoudeh
Nasrin Sotoudeh

Birləşmiş Ştatlar və insan haqları qrupları İranda insan haqları müdafiəçisi Nasrin Sotoudeh barədə onilliklər davam edəcək azadlıqdan məhrumetmə hökmünün çıxarılmasını sərt bir şəkildə pisləyiblər.

İran mediası hakimə istinadən martın 11-də yazıb ki, ötən iyundan bəri həbsxanada 5 illik həbs cəzası çəkən Sotoudeh-ə ali rəhbər Ali Khamenei-ni “təhqir” etdiyinə görə daha iki il iş kəsilib.

Lakin Sotoudeh-in əri Reza Khandan bu məlumatı təkzib edib və bildirib ki, onun barəsində əlavə olaraq 33 il azadlıqdan məhrumetmə və 148 şallaq hökmü verilib.

Amnesty International insan haqları təşkilatı bildirir ki, bu, iki “son dərəcə ədalətsiz” məhkəmədən sonra insan haqları vəkilinin toplam cəzasını 38 ilə çatdırır və “hiddət doğuran” hərəkətdir.

Nyu Yorkda mənzillənmiş Human Rights Watch (HRW) insan haqları təşkilatı hökmü “qəddar” adlandırıb və bildirib ki, “ədalətin bu şəkildə məsxərəyə qoyulması hər bir insan haqları müdafiəçisi üçün təhlükə təşkil edir”.

ABŞ Dövlət Departamentinin sözçüsü Robert Palladino Twitter-də yazıb ki, yeni hökm bilərəkdən bütün dünyanın qadınlar gününü qeyd etdiyi bir vaxtda çıxarılıb.

“Khamenei-nin barəsində iftixarla moizə etdiyi ədalətin yeni erası budurmu?”

Avropa Komissiyasının sözçüsü bu işə yenidən baxılmasına çağırıb və deyib ki, Sotoudeh Tehran İnqilabi Məhkəməsində keçirilən mühakiməsində iştirak etməyib və bu mühakimədə “hüququn bir sıra normaları pozulub”.

Sotoudeh-i başqa proseslərdə təmsil edən vəkil Mohammad Moghimi ötən həftə sosial mediada yazmışdı ki, ona qarşı “milli təhlükəsizliyə qarşı təşkilatlanma və sövdələşmə”, “fahişəliyə sövqetmə”, “ədliyyə qarşısına islami hicabsız çıxma”, “saxta məlumatların yayılması” və “asayişin pozulması” da daxil 7 ittiham irəli sürülüb.

2012-ci ildə Avropa Parlamentinin Düşüncə Azadlığına görə Saxarov Mükafatına həmlaureat olmuş Sotoudeh 2016-cı ildə onun barəsində qiyabi çıxarılmış məhkəmə hökmü əsasında 2018-ci ilin iyununda həbs edilib.

Vəkil 2018-ci ildə ictimai yerlərdə islami geyim məcəlləsinə etiraz əlaməti olaraq baş örtüklərini çıxardıqlarına görə saxlanmış bir neçə qadını müdafiə edirdi.

İran hakimiyyətinin kəskin tənqidçisi olan Sotoudeh bundan əvvəl 2009-cu il etirazlarında iştiraka görə həbs edilmiş dissidentlərin məhkəmələrinə vəkil kimi çıxdıqdan sonra üç il azadlıqdan məhrum edilmişdi.

Sotoudeh özünə qarşı bütün ittihamları rədd edir.

Onun əri Khandan təhlükəsizliklə bağlı ittihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O hökmdən apellyasiya şikayəti verdikdən sonra zaminə buraxılmışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG