Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:11

Hicaba görə saxlanmış hüquq müdafiəçisi ‘buraxılsın’


Nasrin Sotoudeh
Nasrin Sotoudeh

Avropa Parlamenti yekdilliklə qəbul etdiyi qətnamədə İran hökumətini insan haqları fəalı Nasrin Sotoudeh-ni “dərhal və qeyd-şərtsiz” azadlığa buraxmağa çağırır.

Deputatlar qətnaməni dekabrın 13-də qəbul ediblər. Sotoudeh altı ay öncə, baş örtüyünü ictimaiyyət arasında çıxardıqdan sonra saxlanmış qadınları təmsil etdiyində görə saxlanıb.

Hüquq müdafiəçisinə bir neçə ittiham irəli sürülüb. O, məcburi baş örtüyünə qarşı çıxan qadınlara bir neçə dəfə təmsil edib, İranda edam cəzalarının azaldılması uğrunda mübarizə aparan Addım qeyri-hökumət təşkilatını da dəstəkləyir.

***Buna da bax: Hicaba etiraz edən qadına iki il həbs cəzası kəsilib

2012-ci ildə Avropa Parlamentinin Fikir Azadlığına görə Sakharov mükafatının qaliblərindən olmuş Sotoudeh özünə qarşı ittihamları rədd edir.

Avropalı deputatlar qətnamədə “ölkədəki məcburi geyim kodeksinə qarşı kampaniyaya rəğbət və həmrəylik” ifadə ediblər, baş örtüyünü ictimaiyyət arasında çıxarmış qadınların saxlanmasını pisləyiblər.

Qətnamə həmçinin AB institutları və Avropa Birliyi üzvlərini İran hakimiyyəti qarşısında insan haqları məsələsini qaldırmağa, Sotoudeh və digər insan haqları müdafiəçilərinə “gərəkən dəstəyi” verməyə çağırır.

Bu arada Human Rights Watch insan haqları təşkilatı İranda vəkillərə artan təzyiqdən narahatlığını bildirib. Qurum bildirir ki, son bir ayda inqilab məhkəmələri azı üç vəkili uzunmüddətli həbs cəzalarına məhkum edib.

Daha bir vəkilin isə təzəlikcə saxlandığı bildirilir.

Bu gün İran təkcə dissidentləri, insan haqları müdafiəçilərini, əmək liderlərini deyil, onların vəkillərini də saxlayır, fundamental azadlıqlarını kriminallaşdırır”, – HRW-nın Yaxın Şərq üzrə direktor müavini Michael Page bəyanatda bildirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG