Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 23:26

Hicaba etiraz edən qadına iki il həbs cəzası kəsilib


Shaparak Shajarizadeh

Ötən dekabrda İranda məcburi geyim kodeksinə etiraz olaraq baş örtüyün çıxarmış qadına iki il həbs cəzası kəsilib. Bu, 18 illik şərti cəzaya əlavə olunub.

Shapark Shajarizadeh bu həftə sosial mediada paylaşılan canlı yayımda deyir ki, məcburi hicaba etiraz etdiyinə görə həbsə məhkum edilib.

Bu o deməkdir ki, 20 il sakit durmalı, fəallıq göstərməməliyəm”, – Shajarizadeh Instagram-da yazıb.

Shajarizadeh və hicaba etiraz edən digər qadınları təmsil edən tanınmış insan haqları vəkili Nasrin Sotoudeh isə ötən ay saxlanıb.

42 yaşlı Shajarizadeh aprelin sonunda zaminə buraxılıb.

Bəzi məlumatlara görə, o, ölkəni tərk edib.

Bu ilin əvvəlində İran hakimiyyəti baş örtüyünü çıxarmış 29 qadının saxlandığını bildirib. Polis qadınların xaricdə yaşayan iranlıların apardığı təbliğat kampaniyasına “uyduğunu” bildirib.

1979-cu il islam inqilabından sonra İranda baş örtüyü məcburidir.

XS
SM
MD
LG