Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:21

İran kürdləri 'əmi uşaqları'nın referendumundan həvəslənir


İranda 5 milyon kürdün olduğu bildirilir
İranda 5 milyon kürdün olduğu bildirilir

İran kürdləri də İraqdakı «əmi uşaqları» kimi müstəqillik istəyirlər. «The Economist» yazır ki, İraqın kürd şəhərlərində 25 sentyabr müstəqillik referendumundan sonrakı coşqu nisbətən səngiyib, hazırda əsəbi bir əhval hökm sürür.

ÖZÜNƏİNAM

Di gəl, İran Kürdüstanında daha böyük təntənə var. Banə, Sənəndəc və Mahabad (Soyuqbulaq) şəhərlərində nümayişlər iki gün çəkib. Kütlə 1946-cı ildə İranın şimal-qərbində qısa müddətə mövcud olmuş Mahabad kürd dövlətinin himnini səsləndirib. Dirəklərdən kürd bayraqları asılıb. Bəzi kürdlər Rojhilat, yaxud «Şərqi Kürdüstan» adlandırdıqları dövlət barədə şirin xəyallara da dalıblar.

«İndi kürdlər arasında yenidən özünəinam yaranıb. Bütün dünya referenduma qarşı çıxdı, ancaq kürdlər heç nəyə baxmayaraq, onu keçirdilər», – tanınmış iranlı kürd Luqman Sotodeh deyir.

***Buna da bax-Bağdad Türkiyənin 'neft söhbətini' kürdlərlə yox, onunla edəcəyini deyir

Kürd rəsmiləri seçicilərin 90%-dən çoxunun müstəqilliyi dəstəklədiyini bildirib. Ancaq İran paytaxtı Tehranda hakim ruhanilər bu səsvermədən qəzəblənib, kürdlərin İraqda özünüidarə eksperimentini əzməklə hədələyiblər. İran yarana biləcək dövləti daha bir İsraillə müqayisə edib, onu mühasirədə olan Qəzzaya çevirəcəyinə söz verib.

İŞİD-Ə QOŞULAN İRANLILAR

«Müsəlman dünyasından bu biabırçılıq ləkəsini təmizləyin», – İranın ali dini liderinin müşaviri Ali Akbar Velayati deyib.

Bircə ay qabaq İranın bir sıra kürd şəhərlərində etirazlar baş qaldırmış, gözyaşardıcı qazla yatırdılmışdı.

***Buna da bax-Türkman lideri: 'Kürdlər özlərinə aid olmayan torpaqlarda müstəqillik istəyir' [video]

«İran həm də ehtiyatlanır ki, əzəli düşmənləri olan İsraillə Səudiyyə Ərəbistanı müstəqil İraq Kürdüstanından plasdarm kimi yararlanaraq, İran sərhədində iğtişaş yarada bilər. Axı İran da Livanın «Hizbullah» qruplaşması vasitəsiylə şimal sərhədi boyunca İsraili hədələyir. Kürdlər baş qaldırsalar, ərəblər, azəri türkləri, bəluclar, əsasən farslardan ibarət İran əhalisinin üçdə birini təşkil edən digər azlıqlar da onların etdiyini təkrarlaya bilər», – məqalədə deyilir.

Apreldə separatçı bəluc qrupu 10 iranlı sərhədçini öldürüb. Mayda ərəb yaraqlılar Xuzestan vilayətinin Əhvaz ərəb şəhərində polis məntəqəsinə hücum edib, iki polis əməkdaşını öldürüb. İranın sünni kürdlərindən «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qoşulan da az olmayıb. Bu qruplaşma İranın şiə rejiminin devrilməsinə çağırır. İŞİD-in İran parlamentinə və Khomeini-nin məqbərəsinə hücumunu da cihadçı iranlı kürdlərin gerçəkləşdirdiyi güman edilir.

Iraq kürd muxtariyyəti referendumun nəticəsini açıqladı
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

İRAN NƏDƏN NARAHATDIR

İraq Kürdüstanını əhatələyən İran, Suriya, Türkiyə və ərəb İraqı referendumun kürd millətçiliyini qızışdıracağından narahatdır. Suriyada 2, İraqda 5, İranda 5, Türkiyədə 18 milyon kürdün olduğu bildirilir. Türkiyə artıq Kürdüstan sərhədinə tanklarını yerləşdirib. Prezident Recep Tayyip Erdoğan muxtariyyətin yeganə neft ixracı kəmərini və sərhədləri bağlamaqla hədələyib.

«The Economist» yazır ki, bu kvartet içində ən çox narahat olanı İrandır. Axı, yeddi əsr boyunca İran kürdləri Osmanlı və Fars imperiyası arasında dağlarda – Ərdalan xanlığında yaşayıb. Türkiyə kürdləri İraqdakılardan uzaqdır, ancaq İran kürdləri onlara daha yaxın yaşayır. Onlar eyni – Sorani dialektində danışırlar. Çoxu sünni islamın şafi məzhəbinə qulluq edirlər. Siyasi hərəkatları da bir-birinə bağlıdır.

«İran kürdləri ciddi qiyam qaldırsalar, İran qüvvələri üstün mövqedə olacaqlar. 1946-cı ildə Mahabad Respublikasını dağıtmaq bir neçə ay çəkdi. 1979-cu il İslam respublikasından sonra isə kürd qiyamı dərhal yatırdıldı, 10 min nəfər həlak oldu. Ancaq yenə də, bu referendum İran liderlərinin kürkünə yaman birə salıb», – məqalədə deyilir.

XS
SM
MD
LG