Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:31

Bağdad Türkiyənin 'neft söhbətini' kürdlərlə yox, onunla edəcəyini deyir


Kərkük neft yataqları
Kərkük neft yataqları

İraq baş naziri Haidar al-Abadinin ofisi sentyabrın 28-də deyib ki, Türkiyə xam neft ixracı məsələsində yalnız Bağdadla danışacağını bildirib.

Abadinin administrasiyası bildirib ki, İraqın muxtar Kürdüstan regionunda sentyabrın 25-də keçirilmiş referendumdan sonra Türkiyənin baş naziri Binali Yıldırım İraq baş naziri ilə telefon söhbətində İraq hökumətinin qəbul edəcəyi bütün qərarlara “öz ölkəsinin dəstəyini vəd edib”.

Bu bəyanatda “neft ixracatı məsələsinin” xüsusi qeyd olunduğu iddia edilir.

Lakin baş nazirin ofisi Kürdüstandan hazırda Türkiyəyə nəql edilən neft məsələsinin Ankara tərəfindən necə çözümlənəcəyinin təfərrüatını bildirməyib.

Sentyabrın 27-də İraq parlamenti Abadidən kürdlərin nəzarətində olan Kərkükə qoşun göndərib neft mədənlərini nəzarətə almağı rica edib.

Parlamentin qəbul etdiyi qətnamədə deyilir ki, “hökumət Kərkükün neft mədənlərini İraq Neft Nazirliyinin sərəncamına qaytarmalıdır”.

Çöxmillətli və neftli Kərkük 2014-cü ildə, İraq ordusu İslam Dövləti tərəfindən buradan qovulandanbəri kürd peşmərgə qüvvələrinin nəzarətindədir.

O vaxt kürd qüvvələri neft mədənlərinin cihadçıların əlinə keçməsinə imkan verməmişdi.

Parlamentin qətnaməsində Abadidən “təhlükəsizlik qüvvələrinin Kərkükü tutması rica olunur”.

Kürd Regional Hökuməti (KRH) həm də türkman və ərəblərin yaşadığı Kərkük ərazisini kürdlərin müstəqillik referendumuna daxil etmişdi.

Kərkük-Ceyhan kəməri
Kərkük-Ceyhan kəməri

Bu arada Abadi KRH-dən referendumun nəticələrinin ləğvini tələb edib.

Abadi deyib ki, referendumun nəticələri ləğv olunmalı və İraq Konstitusiyası çərçivəsində dialoqa başlanmalıdır.

Baş nazir bildirib ki, Bağdad kürd referendumunun nəticələri əsasında danışıqlara heç vaxt getməyəcək.

KRH bildirib ki, ərazidəki əhalinin 72 faizinin iştirak etdiyi bu referendumda müstəqilliyə 92, 7 faizlə səs verilib.

Kürd liderlərin dialoqa çağırdığı bir vaxtda, İraqda İran tərəfindən dəstəklənən şiə silahlı qüvvələri Abadini danışıqlara getməməyə və lazım gələrsə mübahisəli ərazini müharibə ilə qaytarmağı tələb edib.

Şiə Xalq Səfərbərləri Qüvvəsinin sözçüsü Ahmed al-Asadi deyib ki, “biz İraqın parçalanmasına yol verməyəcəyik və hədəfimiz referendum keçirib İraqı bölmək istəyənlər olacaq”.

Şiə qüvvələrinin birləşmələrindən bəziləri Kərkük regionunun yaxınlığındadır və Asadinin dediyinə görə əmrə müntəzirdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG