Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:46

İran qırıcı təyyarələrin kütləvi istehsalına başlayıb


"Kövsər" qırıcı təyyarəsi
"Kövsər" qırıcı təyyarəsi

İran yerli qırıcı təyyarələrin kütləvi istehsalına başlayıb.

Bu barədə noyaqbrın 3-də İranın dövlət televiziyası məlumat verib.

Reuters yazır ki, İran özünün yeni “Kövsər” təyyarələrinibu hələ ilin avqustunda nümayiş etdirmişdi.

Qeyd edək ki, hazırda İran ordusunda ABŞ və Rusiya istehsalı olan qirıcı tıəyyarələr var.

İranın müdafiə naziri Amir Hatami deyib ki, “düşmənin sanksiyalarına” baxmayaraq bu İran ekspertlərinin imkanlarından xəbər verir.

“Tezliklə lazımi qədər belə təyyarə istehsal edilib hərbi-hava qüvvələrinin ixtiyarına veriləcək”,Hatəmi deyib.

Tehranın bu bəyanatı, ABŞ-ın noyabrın 5-də İrana qarşı sanksiyaların tam bərpa ediləcəyini açıqlamasından 1 gün sonraya təsadüf edir.

Bu sanksiyalar İranın kəmiqayırma, maliyyə və energetika sektorlarını əhatə edəcək.

Buna da bax:ABŞ 8 ‘yurisdikdiyaya’ İran sanksiyalarından müvəqqəti istisna hüququ verir.

Qeyd edək ki, ABŞ bu yaxınlarda birtərəfli qaydada,İranla aparıcı 6 dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxaraq Tehrana qarşı sanksiyaları bərpa edib.

Tehran 2015-ci ildə imzxalanmış həmin sazişə əsasən nüvə proqramı üzərində işi dayandırmış və əvəzində ona qarşı beynəlxalq sanksiyalar ləğv edilmişdi.

Amma ABŞ-la yanaşı həmin sazişə imza atan Böyük Britaniya,Almaniya,Fransa, Rusiya və Çin razılaşmaya sadiq qalacaqlarını deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG